23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) Kərbəlada birinci xütbəsi
24.04.2018

İmam Hüseyn (ə) ayağa qalxdı, qılıncının dəstəyinə söykənib uca səslə buyurdu: Sizə Allahı and verirəm, deyin görüm məni tanıyırsınızmı?

Dedilər: Bəli, sən Peyğəmbər övladı və onun nəvəsisən.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz mənim cəddim Allahın Rəsuludur?

Dedilər: Bəli, Allaha and olsun ki, bilirik.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz mənim atam Əli ibn Əbu Talibdir (ə)?

Dedilər: Bəli, Allaha and olsun ki, bilirik.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz mənim anam Muhəmmməd Mustəfanın (s) qızı Fatimeyi-Zəhradır (ə)?

Dedilər: Bəli, Allaha and olsun ki, bilirik.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz mənim nənəm Xüvəylidin qızı Xədicədir (ə) və qadınların arasında ilk dəfə o İslam dinini qəbul etdi?

Dedilər: Bəli, Allaha and olsun bunu da bilirik.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz Həmzə Seyyidüş-şühəda atamın əmisidir?

Dedilər: Bəli, Allaha and olsun ki, bilirik.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz Cəfər Təyyar mənim əmimdir?

Dedilər: Bəli, Allaha and olsun ki, bilirik.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz yanımda olan qılınc Peyğəmbərindir (s)?

Dedilər: Bəli, Allaha and olsun ki, bilirik.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz başımda olan əmmamə Peyğəmbərin (s) əmmaməsidir?

Dedilər: Bəli, Allaha and olsun ki, bilirik.

Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiz ilk dəfə Əli (ə) İslam dininə iman gətirib, bütün insanların elmlisi, səbrlisi olub və hər bir müsəlman qadın və kişinin rəhbəridir?

Dedilər: Bəli, Allaha and olsun ki, bilirik.

Həzrət buyurdu: Bəs, nə üçün mənim qanımı tökməyi halal edirsiz? Halbuki atam Kövsər hovuzunun su paylayanıdır və qiyamət gününün həmd-ssəna bayrağı onun əlindədir.

Dedilər: Biz dediyin sözlərin hamısını bilirik. Amma susuz dodaqlarınla can verməyincə səndən əl çəkən deyilik...

(Luhuf, səh.57-59, Seyyid ibn Tavus)

İnsan bu qədər azğınlaşa bilər ki, İmam qatili ola? Dünya məhəbbəti, mənfəəti, ağılın zəifliyi, nəfsi istəklər insanı bu qədər alçaldır və sonda İmam qatili edir.

Necəki Qurani-Kərim belə insanlar haqqında oxuyuruq: "Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" (Əraf, 179)