22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Nəriman Nərimanov İmam Hüseyn barədə Stalinə nə yazdı
25.04.2018

Azərbaycan SSR-nin ilk dövlət və hökumət başçısı Nəriman Nərimanovun V.Stalinə yazdığı "Ucqarlarda inqilabımızın tarixinə dair" adlı məşhur məktubunda Kərbəla hadisəsinə də toxunmuşdur:

"...Bu, Yezidə qarşı mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir. Min illərdir ki, müsəlmanlar Məhəmmədin ən sevimli nəvəsi İmam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq bu və ya digər yolla bu hadisələrə öz münasibətlərini bildirirlər. Bu, öz gücsüzlüyünü bilərək, Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızıla almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir... İmam Hüseyn tabe olsun və vicdanını qızıla satsın deyə, Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O isə bunu etmədi, şəhid oldu..."

birlik.az