21 Noyabr 2024 - 21
Aşura hadisəsi təkcə tarixi bir hadisə deyil. Kərbəlada baş verən Aşura hadisəsinə tarixi bir hadisə kimi baxmaq düzgün deyil. Bu hadisə bir növ məktəbdir. Bu bir növ ideologiyadır ki, İslamın mətnindən qaynaqlanır.
Əgər biz İslamı bir ağaca bənzətsək, Kərbəla və Aşura bu ağacın günbəgün inkişafına, bu ağacın kökünü qidalandırmaq, bu ağacın şaxələrini qidalandırmaq və bu ağacın meyvə veməsinə, səmərə verməsinə səbəb olan bir hadisədir. Yəni islam bir ağacdırsa bu ağacı suvaran İmam Hüseynin Kərbəlada tökülən qanıdır. İslam dinini yaşadan bu hadisədir. Buna bizim çoxlu dəlillərimiz var.
Peyğəmbər buyurur: "Hüseyn məndəndir, mən də Hüseyndənəm". Yəni mənim dinimin əbədi yaşamağı, bu dinin ağacının suvarılması İmam Hüseynin qanı ilədir.
Bu səbəbdən biz buna bir hadisə kimi yox, bir məktəb kimi baxmalıyıq. Kərbəla hadisəsi bir məktəbdir ki, zaman və məkana sığmır. Bütün zaman və məkanlardan üstündür. Dünyanın hər bir yerində, bütün xalqlar arasında, qeyri müsəlman olanlar, məsihiyyət, yəhudiyyət və hətta bütpərəstlər arasında da bu hadisəyə nəzər salanlar bu hadisədən istifadə edirlər.
Mahir Bəylərzadə