22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İlkin sübh çağı düşmən hücumu
27.04.2018

Nəim ibn Əcəlan, İmran ibn Kəb, Hənzələ ibn Əmr Şeybani, Qasid ibn Züheyr, Kənanə ibn Ətiq, Əmr ibn Məşiət, Zərqamə ibn Malik, Amir ibn Müslim, Seyf ibn Malik, Əbdür-Rəhman Ərhəbi, Məcmə Aizi, Hübab ibn Haris, Əmr Cündəb, Həlas ibn Əmr, Süvar ibn Həmir, Əmmar ibn Əbu Səlamət, Məsud ibn Həccac, Abdullah ibn Ürvə, Züheyr ibn Bəşir, Əmmar ibn Həccac, Abdullah ibn Əmir, Müslim ibn Kəsir, Züheyr ibn Səlim, Zahir Movla Əmr ibn Həmiq, Həzrət Əlinin (ə) iki qulamı, imam Hüseynin (ə) qulamı Süleyman Kərbəlanın ilkin şəhidləri oldular.

Savaş şiddətlənirdi və imamın adamları bir-bir, iki-iki meydana gedir, fədakarlıqla döyüşürdülər. "Mənaqib" kitabının sahibi və mərhum mühəddis Qummi bildirir ki, ilkin şəhid Büreyr ibn Xəzir olmuşdur. Ondan sonra Abdullah ibn Əmir, ondan sonra da öncə adı çəkilənlər şəhadətə çatmışlar. Daha sonra Vəhəb ibn Abdullah Kəlbi şəhid olmuşdur. Rəvayətlərdə bildirilir ki, bu şəxs məsihi olmuşdur. O, yolda imama qoşulmuş və İslamı qəbul etmişdir. Növbəti şəhid Əmir ibn Xalid Əzdidir. Ondan sonra Xalid ibn Əmr, Səd ibn Hənzələ Təmimi, Əmr ibn Abdullah Məzhəci, ondan sonra isə Müslim ibn Ovsəcə və Nafe ibn Hilal şəhadətə çatmışdır.

Rəvayətlərdə bildirilir ki, Nafenin nə qədər ki, oxu vardı ox atırdı. Həzrət (ə) onun sərrastlığı üçün dua edirdi. Nafenin oxları qurtardıqdan sonra qılıncını sıyırdı və düşmənə həmlə edib 12-sini öldürdü. Nəhayət, bu şəxs Şimr tərəfindən şəhadətə yetirildi. Mühəddis Qummi və "Mənaqib" sahibi, eləcə də, Xarəzmi yazırlar ki, bu yerdə Əbu Səmamə Saidi qabağa çıxdı və öncə zikr etdiyimiz məşhur sözü dedi.

Namaz başlandı. Öndə dayanıb imamı müdafiə edən, oxlara sinə gərən şəxs Səid ibn Abdullah Hənəfi idi. Səid namazın sonunda yerə yıxıldı. İmam Hüseyn (ə) ona yaxınlaşdı. Daha sonra sağ cinah komandanı Züheyr şəhadətə çatdı. Əbdür-Rəhman ibn Abdullah Yəzni, Yəhya ibn Səlim Əlmazəni növbəti şəhidlər oldu. Daha sonra Qürrə ibn Əbu Qürrə Ğəffari, Malik ibn Ənəs Kahəli şəhadət şərbətini içdilər. Daha sonra meydana Həbib ibn Məzahir çıxdı. O rəcəz oxudu, fədakarlıqla vuruşdu və şəhid oldu. Daha sonra Əbuzərin qulamı Cun şəhid oldu. Sonra Ənəs ibn Məqəl, Yəzid ibn Məhasir Cövhi, Həccac ibn Məsruq, Suid ibn Əmr ibn Əbu Məta, Cənadət ibn Haris Ənsari, Əmr ibn Cənadət, Əmr ibn Qərzə Ənsari, Əbdür-Rəhman ibn Ürvə, Şozəb, Abəs, Əbdür-Rəhman Ğəffari, Abdullah Ğəffari, Seyf ibn Həs, Malik ibn Abdullah, Hənzələ ibn Əsəd Şami, Yəzid ibn Əbu Ziyad, Malik ibn Dəvdan, Əbu Səmamə Saidi, İbrahim ibn Həsin Əsədi, Əhməd ibn Məhəmməd Haşimi şəhadətə yetişdilər.

Səhabələrdən sonra növbə Bəni-Haşimə çatdı. Bəni-Haşimin ilkin şəhidi Əli Əkbər oldu. Ondan sonra Müslim ibn Əqilin oğlu Abdullah, Ovn ibn Abdullah ibn Cəfər, Məhəmməd ibn Abdullah ibn Cəfər, Əbdür-Rəhman ibn Əqil, Cəfər ibn Əqil, Abdullah Əkbər ibn Əqil şəhadət şərbətini içdilər. İmam Həsənin övladlarından Əbu-Bəkr ibn Həsənin adı az çəkilir. Xarəzmi bildirir ki, onun adı Abdullah, künyəsi Əbu-Bəkr olmuşdur. O, Həsən övladlarından ilkin şəhid olandır. Ondan sonra Qasim şəhadətə çatmışdır. İmam Həsənin ən kiçik oğlu Abdullah əmisi Hüseynin (ə) qucağında şəhadətə yetişdi. Daha sonra həzrət Əlinin (ə) övladları Abdullah, Cəfər və Osman şəhid oldu. Sonra Abbas ibn Əli meydana çıxmış və şəhadətə yetişmişdir. Ondan sonra imam Hüseynin (ə) südəmər oğlu Əli Əsğər imam Hüseynin (ə) qolları üstə şəhadətə yetirilmişdir. Nəhayət, Seyyidüş-şühəda Əba Əbdillah Hüseyn (ə) tək-tənha düşmənlə üz-üzə qalmış və misilsiz bir döyüşdən sonra şəhadətə yetişmişdir.

Əliəsğər Səffar Hərəndi