21 Noyabr 2024 - 21
Qətlgah çuxuru İmam Hüseynin (ə) pak qanına bulaşmış həmin müqəddəs məkandır və indi də həzrətin aşiqləri tərəfindən ziyarət edilən bir yerdir.
Qətlgahın üzərində bir tavan və dördbucaqlı zərih mövcuddur. Həzrətin şəhadət yeri olan sərdabın cənub-qərb tərəfində bir qapı var ki, Həbib ibn Məzahir Əsədinin qəbrindən aşağıda yerləşir. Çox az adam cürət edərək pillələrdən enib həzrətin qətlgahına yaxınlaşa bilmişdir. Çünki, həmin sərdaba girmək istəyən hər bir şəxs sərdabın bir neçə pilləsini enəndən sonra halı dəyişir. Həmin pillələri təmir edən memar da qətlgaha enmiş, ziyarət edəndən sonra qəbrin torpağından götürmüş, amma pillələri qalxarkən bihuş olub yerə yıxılmışdır. Həzrət həmin halda və yuxu aləmində memara demişdir, götürdüyün torpaqdan dostlarına da hədiyyə et!
esqseferi.info