21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin Aşura qiyamındakı məqsədi
02.05.2018

İmam Hüseynin əsas hədəfi peyğəmbərin sirəsini, peyğəmbərin ədalətini, atası Əlinin ədalətini geri qaytarmaq idi və həmin cəmiyyətdə hakim olan zülmü aradan aparmaq idi. İmam Hüseynin xütbələrində var ki, "Ey insanlar görmürsünüzmü batil və pis işlərə qadağa qoyulmur və yaxşı işlərə əmr olunmur?"

Yəni artıq elə bir dövr gəlmişdi ki, peyğəmbərin qoyduğu o din, təhrif olunmuşdu. Artıq yaxşı işlərə (namaz, oruc) əmr olunmurdu və pis işlər (zina, ləhv, ğina eyş-işrət, tüfeyli həyat sürmək) cəmiyyətdə adi hal almışdı. Məsələn Yezid məlum məsələ idi ki, öz meymunu var idi və ona necə münasibət göstərdiyi tarixdə də qeyd olunub. Belə bir dövrdə bunu sırf İmam Hüseyn və Yezid davası kimi qələmə vermək yalnışdır. Bu İmam Hüseyn Yezid davası deyildi, bu haqq və batil davası idi.

Allah-Təala Qurani-Kərimdə buyurur: "Sizin aranızda bir dəstə olsun ki, yaxşı işlərə dəvət etsin pis işlərdən çəkindirsin." İmam Hüseyn bu ayədən özü üçün öhdəlik başa düşdü ki, bu ayə ilk növbədə mənə xitab olunub. İlk növbədə mənə şamildir. Çünki, mən imamam, Allahın höccətiyəm, Allahın vəlisiyəm. Təbii ki, bu işləri görmək ən birinci dərəcədə mənim vəzifəmdir. Mənim vəzifəm oduğu üçün mən birinci önə atılmalıyam. Nəinki oturub digərlərindən nəsə gözləyib onlara dəstək verməliyəm. Xeyr!

İmam orada xeyir işə dəvətə və pis işdən çəkindirməyə rəhbərlik etdi. Və bu vəzifəni yerinə yetirərkən bunu göstərdi ki, əgər cəmiyyətə fəsad hakim olubsa, əgər cəmiyyətə zülm hakim olubsa, əgər cəmiyyətə yaxşı işlərə dəvət olunmursa belə bir dövrdə hər bir müsəlmanın vəzifəsidir ki, ona etiraz etsin.


Təbriz Nəcəfi