22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura, bütün nəsilləri hidayət etmək üçün aydın bir məktəbdir
04.05.2018

"Tarixi hadisələrin xüsusiyyəti adətən belə olur ki, zaman keçdikcə rəngləşir və unudulur. Ancaq bir hadisə bu qaydadan istisnadır.

Aşura hadisəsindən təxminən 1400 il keçir, ancaq unudulmir, əksinə, hər il əzəməti daha da artır. Allah Təala Quranda buyurur: "Həmçinin(ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir". ("Rəd" 17).

Allah Təala bu ayədə buyurur ki, batil şeylər – suyun üzərində olan köpüyə bənzəyir və heç bir faydası yoxdur. Ona görə də tez aradan gedər. Ancaq su bərəkət və abadlığa səbəb olar və daima hərəkət edər. Onun qoyduğu təsirlər də qalıcıdır. İmam Hüseyn (ə) məktəbi də faydalıdır və elə bir məktəbdir ki, hər kəs ondan istifadə edə bilər. Onun vasitəsilə öz yolunu tapa bilər.

Bu maddi dünya – aradan gedən dünyadır və hər nə ona aiddirsə, o da aradan gedir. Ancaq Allahın zatı əbədi və cavidandır və hər kim Ona aid olar və Onunla rabitədə olar – qalıcıdır. Aşura məktəbi Allahla bağlıdır və o, Allah üçün vuruşmuşdur. Allah üçün şəhid olmuş və əsir düşmüşdür. O zaman ki, su damcısı tək olar – bir meh ilə aradan gedər. Ancaq əgər dənizə qoşularsa, heç bir zaman məhv olmaz".

Ayətullah Məkarim Şirazi

/Həvzəh/Deyerler/