22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura günü baş verən hadisələr
07.05.2018

Aşura "onuncu gün" deməkdir. Hicri təqviminin ilk ayı-məhhərəm ayının onuncu günüdür. Bu günə "aşura" deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır:

1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, həzrət Musa (s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.

2. Həzrət Nuhun (s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.

3. Həzrət Yunus (s) balığın qarından bu gün xilas olmuşdur.

4. Həzrət Adəmin (s) tövbəsi həmin gün qəbul edilmişdir.

5. Həzrət Yusif (s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.

6. Həzrət İsa (s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.

7. Həzrət Davudun (s) tövbəsi həmin gün qəbul edilmişdir.

8. Həzrət İbrahimin (s) oğlu həzrət İsmail (s) aşura günü dünyaya gəlmişdir.

9. Həzrət Yaqubun (s) oğlu həzrət Yusifin (s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.

10. Həzrət Əyyub (s) bu gün xəstəliyindən şəfa tapmışdır. (Təbərani)

Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s) nəvəsi həzrət Hüseyn (ə) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində aşura günü Kərbəlada şəhid edilmişdir.

/Meneviyyat/