21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Bu Hüseyn sifdi Nəbidir, sən ona rəsmi qulam
09.05.2018

Bu Hüseyn sifdi Nəbidir, sən ona rəsmi qulam,
Sənə rayət budu, şahən şahi dövranı imam,
Budur aləmlər içində, səbəbi nəzmi-nizam,
Bu Hüseynə səni mən, xadimi dövran elədim.

Mümkün olduqca, gətir abi sərin xeymələrə,
Ta ola bəlkə, təsəlli hərəmi teşnələrə,
Xidmət eylə nə qədər vardı canun nəcmlərə,
Səni səqqayi Hüseyn, höccəti Sübhan elədin.

Əkbər üstə, qənədün sərginən ey sərvi rəvan,
Cəddünə oxşari var Hüsnüdə çox vardı nişan,
Can sənin, can bu, dilarami Hüseyn teşnə ləban,
Səni bu nəsli Əbul-Qasimə qurban elədim.

Nadima, eylə təvəccöh zübdeyi nasə müdam,
Yazginən qisseyi dil sözünü qıl tasə müdam,
Müşkül əmründə yapış, daməni Əbbasə müdam,
Ta şikayət eləmə, ömrümü viran elədim.

Hüseyn Nadim Naxçıvani