20 May 2024 - 20

20 May 2024 - 20

İmam Hüseyndən hikmətli kəlamlar
15.05.2018

İmam Hüseyndən (ə) hikmətli kəlamlar:

"Xalq dünyaya bağlıdır və dinləri dillərindədir. Dinin onlara zərər yetirmədiyi vaxta qədər onun ətrafında dolanırlar. İmtahan vaxtı gəldikdə isə həqiqi dindarlar azalırlar."

"Allahdan başqa heç bir yardımçısı olmayan kimsəyə zülm etməkdən çəkin."

"Ağlamayın, göz yaşı tökməyin, mənim getməyimlə sizin dörd və müsibətləriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq və qəm-kədərinizin başlanğıcıdır. Özünüzü möhkəm saxlayın və bilin ki, Allah sizi qoruyur. Məndən sonra düşmənin qarşısına çıxdığınız zaman sizin dəyərinizi azaldan sözlər danışmayın."

"Әn pis adam axirətini dünyasına satan şəxsdir."

"Heç bir yaxşı işi xalqın tərifləməsi üçün görmə və utandığın üçün onu buraxma."

"Allaha qul olanlar, başqasına qul olmazlar."

"Qardaşım İmam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir."

"Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin."