21 Noyabr 2024 - 21
İmam Hüseynin (ə) qiyamı və yaxud dillərimizdə məhşurdur İmam Hüseyn qiyam etdi. Amma qiyamın əsl mahiyyətinə baxanda biz görürük ki, imam qiyam etməyib. Nə üçün? Məsələn Muxtarın qiyamı, Zeyd ibn Əlinin qiyamı, bunlar qiyam idi. Və digər qiyamları da istər batil tərəfdən, istər haqq tərəfdən misal vura bilərik.
Qiyam! Nə üçün qiyam deyirik? Çünki Muxtar o qiyama özünü həm ruhi cəhətdən hazırlamışdı, həm də psixoloji cəhətdən hazırlamışdı. Muxtar döyüşməmişdən öncə hətta əməvi hakimiyyətinə qarşı nifrət ki var idi içində, bilirdi nə vaxtsa bunlara qarşı vuruşacaq, bunu öncədən hazırlaşıb planlaşdırmışdı. Hətta öz sərkərdələrini belə əvvəlcədən təyin etmişdi. Amma İmam Hüseynin həyatına baxanda biz heç bir döyüş hazırlığı görmürük. Yəni Muxtarın hadisəsində misal vurduğumuz kimi imamda heç bir döyüş hazırlığı, yəni həzrət Əbəlfəzi sərkərdə başçısı qoysun, ordu yığsın, həzrət Əli-Əkbəri məsələn sağ cinaha və ya ordunun başçısı qoysun, tarixdə belə bir hadisəni müşahidə etmirik.
Yezid ki, məlum olan sülhnamənin əleyhinə çıxaraq Müaviyənin seçimi ilə hakimiyyətə seçilir - yəni qəsb edir, dərhal əsas 3 nəfərdən beyət istəyir. Bu 3 nəfər önəmli şəxsiyyətlər idilər. Yəni Yezidin hakimiyyətini həqiqətən təhdid edən şəxsiyyət idilər. Bu 3 nəfərdən beyət istəyir. Ya beyət, ya da onların başlarını kəsib gətirmək. Biri Abdullah ibn Zubeyr, biri Ömərin nəslindən idi və biri də İmam Hüseyn idi. Onların özlərinin vəziyyətdən çıxmaq metodları var idi ki İmam Hüseyn o metodların heç birindən istifadə etmədi. İmam baxdı nə qədər ki, səs-küy qalxmayıb onu Mədinədə terror etməyiblər, ailəsini yığdı getti əmin olan şəhərə (Məkkəyə). Biz Məkkədəki vəziyyətə baxanda da, orada olan müsəlmanlar və imam tərəfindən qiyama hazırlıq edildiyini müşahidə etmirik.
Nəhayət İmam Hüseyn Yezidin adamları tərəfindən Məkkədə terror olunacağını bildi və məkkədən çıxdı. Və gəlib Kərbəlaya yetişdi. İmam Kərbəlada da maksimum döyüşdən qaçır. Döyüşdən qaçır bu mənadadır ki, yəni istəmir müsəlmaların əli imam qanına batsın. Yəni bəşərin belə bir cinayət eməyini imam arzulamır. Necə ki, peyğəmbərimiz aləmlərə rəhmətdir, bunlar da müntəzəm olaraq peyğəmbərin davamçılarıdır. Yəni bunlara xoş deyil kimsə imam öldürsün.
İmam Hüseyn görür ki, artıq döyüş qaçılmazdır bunlar döyüşəcəklər, ibadət üçün 1 gün vaxt istəyir. Qiyama hazırlaşan şəxs ən əlverişli zamanda öz döyüş taktikasını xərcləyib düşməni məğlub etməlidir. Nəinki düşmənə öz mövqeyini, öz yerini, öz fikrini bildirməlidir. İmam onlara moizə edir, onları bu işdən çəkindirir, daşındırır, hədəflərini qeyd edir, mən nə üçün gəlmişəm, hara gedirəm, hədəfim bəllidir, yerim bəllidir, işim bəllidir, sözüm bəllidir. Yəni bunlar heç biri qiyamda olmur. Qiyamda bütün bu sirlər qarşı tərəfdən qorunur və özlərini əks hücuma hazırlayırlar.
Səhəri günü döyüş başlayır. İmamın döyüşündə kimlərdir? Həqiqətdə bunun adını döyüş qoymaq olmaz. Buna İmamın qılınclar qabağında dayanması demək olar. İmam terrorun qarşısında dayandı. Yəni döyüş ona deyərlər ki, yüz nəfərə yüz nəfər və yaxud iki yüz nəfərə eybi yoxdur yüz nəfər. Neçə min nəfərə nəhayətdə yüz nəfər. Özü də İmam Hüseynin döyüşçülərinə baxanda birinin 70 yaşı var, birinin 65 yaşı var, birinin 60 yaşı var, birinin 50 yaşı var imamın özünün kifayət qədər yaşı var. Birinin 15 yaşı var, birinin 13 yaşı var, ən kiçiyi həzrət Əli-Əsğər 6 aylıqdır.
Qiyama hazırlaşan şəxs özünə konkret olaraq ordu başçılarını təyin edir. Döyüşçüləri, ox atanları, nizə atanları, suvariləri, piyadalar necə hərəkər etməlidir təyin edir. Bununla belə yenə də düşmən öz namərdliyindən əl çəkmir. Həzrət Əbəlfəzl su ardınca gedəndə yolda şəhid edirlər nəinki təkbə-tək döyüşdə. Həzrət Əbəlfəzl bəlkə neçə yüz nəfrə qarşı taqəd gətirir və döyüşür. Bununla belə uzaqdan ox atırlar yəni döyüş səhnəsi bir tərəfdən, qılınc, nizə, əmut və hətta uzaqdanda ox atırlar. Və yaxudda imamın öz təkbə-tək döyüşlərində belə namərdcəsinə uzaqdan ox atırlar. Buna həqiqətdə döyüş demək olmaz, böyüş bir vəhşiliyin, terrorun qarşısında dayanmaq demək olar. Yəni hər iki cəhəddən baxanda, həm döyüş demək istəsək ki, deyə bilmirik buna və yaxud da həm də qiyam demək istəsək ki, deyə bilmirik. Əgər hətta qiyam desək də bu qiyam mədəni bir qiyamdır. İmam Hüseyn buyurur ki, mən cəddim peyğəmbərin dininin yaşaması üçün yola çıxıram, mən insanların hidayəti üçün addım atıram. Bəs insanların hidayəti üçün çıxan qılınc götürər? Yox! İmam hətta qiyam etməyə çıxmışdısa da bu imamın mədəni qiyamı idi. İnsanlara zülmdən bir nicat vermək haqqında qiyam idi. Yəni İmam Hüseyn əvvəl gündən belinə qılınc bağlayıb qiyam etmək haqqında bir addım atmamışdır.
Emil Rahiloğlu