21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) nə üçün həcc əməllərini tamamlamamış Məkkəni tərk etdi?
26.05.2018

Sual: İmam Hüseynin (ə) həcc əməllərini tamamlamamış Məkkəni tərk etməsinin əsas səbəblərini nələrdir?


Cavab:

Suala cavab verməzdən öncə bunu qeyd etmək istərdik ki, İmam Hüseyn (ə) Məkkəni tərk edən zaman həcc mərasimi başlamamışdı. Bu səbəbdən də deyə bilmərik ki, imam öz həccini natamam və başa vurmamış Məkkəni tərk edib.

Bildiyimiz kimi İmam Hüseyn (ə) zilhəccə ayının səkkizində "yəvmul təraviyyə"də32 (یوم الترویه) Məkkə şəhərini tərk etmişdir. Bir halda ki, həcc əmələrinin vacib günü zilhəccənin doqquzundan başlayır. Bu səbəbdən demək olmaz ki, imam həcc əməllərini yarımçıq surətdə tərk etdi. Amma bunu da qeyd etmək lazımdır ki, imam Məkkədə qaldığı zamanda "ümrə" ziyarətini yerinə yetirmişdir. Ümrə ziyarətini yerinə yetirmək həcc əməllərinə giriş kimi sayılmaz.

İmam Hüseynin (ə) tarixini mütaliə edərkən belə bir sual qaçılmazdır ki, "bütün müsəlmanların həcc əməlləri üçün Məkkəyə gəldikləri bir zamanda, imam niyə birdən-birə Məkkəni tərk etmək fikrinə düşür? Çünki hacıların Məkəyə toplanması İmam üçün daha əlverişli imkanlar yaradırdı. İmam (ə) bu imkandan istifadə edib bütün islam dünyasını qəflətdən oyada bilərdi. Niyə imam belə bir yaranmış fürsəti əldən verdi?

Bu sualların cavablarının geniş olduğuna baxmayaraq iki əsas dəlillə burada cavablandırmaqla kifayətlənirik.

1. Yezid tərəfindən müəyyənləşdirilmiş xətərin baş verməsi ehtimalı

İmam Hüseyn (ə) Məkkəni tərk edib Kufəyə getməsinə Məkkənin bir çox şəxsiyyətləri etiraz edir. İmamın onlara verdiyi cavablardan belə başa düşmək olur ki, imam həcc mərasimini vaxtı ona sui-qəsd olunmasını dəqiq bilirdi. Məsələn: İbni Abbasın cavabında belə buyurur: "And olsun Allaha! Məkkədən bir qarış çöldə ölmək mənim üçün Məkkənin daxilində ölməkdən daha üstün və əzizdir".

Abdullah ibni Zübeyrə isə belə buyurur: "And olsun Allaha! Məkkədən bir qarış da olsa kənarda ölmək mənim üçün Məkkədə ölməkdən yaxşıdır. And olsun ki, əgər mən heyvanların yuvasında olsam belə məni oradan çölə çəkib və gətirəcəklər". Amma qardaşı Məhəmməd Hənəfiyyə ilə danışarkən, Yezidin adamlarının onu həcc vaxtı şəhadətə yetirəcəklərini açıq-aşkar deyir. Çünki bəzi tarixi mənbələrə istinad edib deyə bilərik ki, Yezid bir neçə dəstəni imama sui-qəsd etmək üçün Məkkəyə göndərmişdi.

2. Məkkənin ehtiramına xatir

İmam Hüseynin (ə) əvvəlki cavablarından belə məlum olur ki, o Məkkədə qan tökülməsinin və Kəbə evinin ehtiramının qorunması üçün Məkkə şəhərini tərk edir. İmam (ə) bu çirkin əməlin bəni- Üməyyənin etməsini güman etsə də Məkkədə qan tökülməsinə heç vaxt razı olmur. Bundan hətta Abdullah ibni Zübeyridə xəbərdar edir. (Çünki bu hadisədən sonra Abdullah ibni Zübeyr Məkkənin hörmətini ayaqlar altına ataraq orada qan tökür). İmam (ə) onunla ataraq orada İmam onunla söhbətlərində buyurur: "Atam Əli (ə) mənə xəbər verib ki, Məkkədə bir nəfər qurbanlıq qoç kimi öldürüləcək. Mən o qurbanlıq qoç olmaq istəmirəm".

«إن أبی حدثنی ان لها کبشا به تستحل حرمتها فما أحب ان اکون انا ذالک الکبش»

Ələddin Məlikov