23 Noyabr 2024 - 23
Yezid hökumətində, Yezid sistemində, Yezid təşkilatında yaxşı teoriyaçılar var idi. Onlar görürdülər Hüseyn kimilərin vücudu milləti oyadar, gözlərini açar, ondan sonra Yezidi qəbul etmək çətinləşər. Düşünüb plan ərsəyə gətirdilər. İmam Hüseynin də öz planı var idi. O nə idi? İmam Hüseyn (ə) görürdü bunlar Allahın dinini aradan aparırlar. Peyğəmbər varlığını qoydu bu dinin yolunda. İndi artıq din düşmənləri gəliblər bu dinin öndəri, hakimi olublar. Bunlar yavaş-yavaş siləcəklər bunu. Gördü bunlar peyğəmbərin zəhmətini məhv etmək istəyir.
Dağıstanlı avar yazıçısı və şairi Rəsul Həmzətovun bir sözü var, deyir: "Nə zaman eşitsəniz kimsə desə Rəsul Həmzətov ölüb inanmayın. Kimsə əgər desə Rəsul Həmzətovun dəfnində iştirak etmişəm, gözümlə cənazəsin görmüşəm yenə inanmayın. Amma bir gün eşitsəniz ki, desələr Rəsul Həmzətovun qəbrinə gedən cığırı ot basıb artıq ziyarətçisi yoxdur, bilin doğrudan da Rəsul Həmzətov ölüb".
Böyük peyğəmbərimiz gəldi, bir ömür qoydu İslamın yolunda. Elə ki cəmiyyət dinini mənimsədi, o dinə sahib çıxdı, o dinə amil oldular, peyğəmbərin missiyası qurtardı, Rəbbinə qovuşdu. Amma bunlar gəldilər bir yol seçdilər o yol peyğəmbərin ölümü demək idi.
İmam Hüseyn (ə) dedi yox ölümümə razı olaram, Allah Rəsulunun Əhli-Beyti ki, mənim balalarımdır, onları ölümə verərəm, amma Allah Rəsulunun ölümünə razı olmaram. Və bu yolu da getdi. İmam Hüseyn özü və üzündə alnında səcdənin əsəri olanlar qoşuldu ona getdi. Və bu yolla cəmiyyəti də ayıltdı, o dinin də üstünə çəkilən müsibətləri, xətləri, pərdələri götürdü. Dini bir daha sığortalı surətdə bu cəmiyyətə qaytardı və bunun uğrunda da hər nəyi var idi, keçdi. İmam öz cümləsində deyir: "Əgər həzrət Məhəmmədin dini mənim ölümümdən başqa bir yol ilə qalmayacaqsa, onda ay qılınclar doğrayın məni".
Gər mənim ölməyimilən qalacaq dəhridə din,
Ay qılınclar məni öz qanıma qəltan eliyin.
Və bunu etdi, yaşatdı. O dinin enmiş bayrağını bir daha qaldırdı. Hüseyn ibn Əlinin (ə) qanı Kərbəlada Yezidin qılıncına qələbə çaldı.
Sərdar Hacıhəsənli