03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Yezidin həyat tərzi və qiyamın səbəbləri
06.06.2018

Hüseyn ibn Əli nə üçün qiyam etdi? Nə üçün xuruc etdi? İmamın qiyamının mahiyyətini, qiyamının səbəblərini dərk et ondan sonra ağlayanda, düşmənlə müxaliflə danışanda Hüseyni yaxşı tanıtdıra biləsən.

Bir hadisənin səbəbi, nəticəsi olur. Aləm səbəb, nəticə ilə idarə olunur. Sizlər bir həftə, 10 gün qabaq bura yığışmırdınız. Sizin İmam Hüseyn (ə) məclisinə gəlməyinizin səbəbi Məhərrəm ayıdır.
Məhərrəm ayı yaxınlaşır sizlər toplaşırsınız bir yerə. Səbəb məhərrəmlik, sizin gəlməyiniz nəticədir. Eynən İmam Hüseynin şəhadətinin, qiyamının səbəbləri var, Aşura günü də onun nəticəsidir.

Yezid Mədinənin valisinə məktub yazır
ki, Hüseyndən beyət al. Mərvan da gəldi dedi:"Hüseyn, Yezidlə beyət et!" İmam Hüseyn (ə) Mərvana dedi:gər mən Yezidə beyət etsəm gərək islamın fatihəsi oxuna".

Gör nə həddə gəlib çıxmışdı? Niyə görə? Çünki Yezid açıq-aşkar islamın qanunlarını pozurdu. Açıq-aşkar şərab içirdi. Yezid 3 il xəlifəlik etdi 3 böyük günah edib. Hələ kiçikləri demirəm şərab və s. 1-ci İmam Hüseyni şəhid etdi. 2-ci Mədinədə Hərrə hadisəsi*, 3-cü isə Kəbəyə hücub edib yandırması. 3 il xəlifəlikdə gör nələr edib.
İmam Hüseyn
(ə) buyurur:"Yezid kimisinin İslam ümmətinə xəlifə olması, rəhbər olması yəni İslamın məhv olmasıdır". Rəhbər özü açıq-aşkar İslamın qanunlarını pozur. Bu halda gör camaat nə edər.

Rufət Məmmədov