20 May 2024 - 20

20 May 2024 - 20

Döyüş vaxtı namaz qılmaq və buna görə şəhid vermək nə qədər mühüm idi?
09.06.2018

Sual: Nə qədər mühüm idi ki, İmam Hüseyn (ə) Aşura günü düşmən qoşunu önündə dayanıb zöhr namazı qılsın və öz köməkçilərindən buna xatir şəhidlər olsun?

Cavab: Namaz dinin sütunudur, insanla Mövla arasında olan ən möhkəm rabitədir. Mömin namazla tanınar və onun nərdivanıyla İlahi ərşinə yüksəlib ona yaxın olmağa qədəm qoyar.

Namaz, Allahla rabitə yolu və Peyğəmbərin (s) gözünün nurudur.Namaz Peyğəmbərlərin ilkin və sonuncu sifarişidir.269 Namaz pis və çirkinlikdən ayırandır.Hətta ruhsuz və naqis namaz insanla günah arasında olan bir maneədir.

"Müaviyə ibni Vəhəb" İmam Sadiq (ə)- ın yaxınlarındandır ki, o Həzrətdən soruşur: Ən yaxşı şey ki, insanları Allaha yaxın edir və Allah yanında ən yaxşı iş nədir?

Həzrət buyurur:

«ما اعلم شیئا بعد المعرفه افضل من هذه الصلوه»

"Allahı tanıdıqdan sonra, namazdan fəzilətli bir şey bilmirəm".

Əgər Hüseyn ibni Əlinin (ə) inqilabı haqqın bərpa olması, İlahi dinin qorunub- saxlanması və xurafatlardan azadlıq və zülmkar insanlardan qorumaqdırsa, İlahi dinin sütunu da namazdır:

Bəs nə üçün dinin və Məhəmməd (s) şəriətinin mühafizəçisi, Kərbəla vaqiəsində dinin sütununu din düşmənlərinin amansız hücumları qarşısında eşq namazını qılmaqla möhkəm və payidar etməsin? "Əbu Səmamə Seydavi" (ki, oz Mövlası Hüseynin (ə) məhəbbətindən ayaqlarıyla başı arasında fərq qoymur) Aşura günü günorta vaxtı düşmənin sıx mühasirəsi zamanı, İmama yaxınlaşaraq zöhr namazının vaxtının çatmasını bildirir; arzu edir ki, İmamla namaz qıldıqdan sonra, öz Rəbbinin hüzurunda hazır olsun. İmam Hüseyn (ə) onun cavabında buyurur: "Sən namazı mənim yadıma salırsan, Allah səni namaz qılanlar sırasında qərar versin".

İmam Hüseyn (ə) və onun yaxınlarından bir dəstəsi, düşmən tərəfindən yağan oxlar qarşısında zöhr namazlarını qıldılar və o Həzrətə sadiq olan insanlardan bir dəstəsi isə namaz vaxtı qana boyanaraq torpağa düşdülər bu halda şəhid olub İlahi görüşə tələsdilər.

Aşura gecəsi o həzrətin və onunla birlikdə olan insanların Quran oxumaq, munacat və ibadət səhnəsi, bəndəliyin ən gözəl nişanəsidir. Əba Əbdullah namaza olan eşq və Allahla sirləri necə paylaşmaq dərsini atasından öyrənmişdir. İbni Abbas, Siffeyn döyüşünün ən çətin anlarında, o həzrəti (ə) gördü ki, başını göyə tərəf qaldırıb nə isə gözləyir. Soruşdu: Ey Əmirəl möminin! Bir şeydən nigaranmısan? Buyurdu: Bəli, namaz vaxtının çatmasını gözləyirəm. İbni Abbas dedi: Belə bir qorxulu vaxtda döyüşdən əl çəkib namaz qılaq?

Əmirəl möminin (ə) buyurdu:

«إنما قاتلنا هم علی الصلوه»

(biz namaz üçün onlarla döyüşürük) həqiqətən bizim rəhbərlərimiz döyüş və cihad səhnəsində də namaz üçün bu cür dəyər qail olmuş və bir sözlə o çətin anlarda namazı bərpa etmişdirlər. Aya bizim namazda tənbəllik etməmiz (ki, rahatlıqda və o çətin səhnələrdən kənarda) rəvadırmı? Aya məntiqli və qəbul edilməlidir ki, o pak və böyük məsiyyətlərə qarşı eşq və məhəbbətli olduğunuzu iddia edib özümüzü onların davamçısı bilək, o halda ki, namaz onların hər bir işlərinin əvvəlidir və bütün onların fədakarlıq, döyüş və cihadları onu yaşadıb payidar saxlamaq üçündür, öz həyatımızda onun üçün həqiqi bir yer ayırmayaq?!

Özümüzdən soruşaq namaz, dua və İlahi kitabın oxunmasında hansı nişanə və ləzzət gizlənmişdir ki, İmam Hüseyn (ə) bir ah həsrətini düşmən ürəyində qoyub və onun "həyhat minnəz- zillət" şüarı (ki, eşq lövhəsində qanla yazılaraq göylərdə asılmış və bütün dünya bundan azadlıq, inqilab və payidarlıq dərsi alır). Tasua (doqquzuncu gün) günü, günortadan sonra münafiq qoşununu İmamın xeymələrinə tərəf üz tutduraraq müharibəyə hazır oldular.

Qeyrətli qardaşı Abbası onların yanına göndərib və ona buyurdu: Əgər mümkündürsə döyüşü səhərə kimi təxirə sal və sonra buyurdu:

"Bəlkə bu gecə Rəbbimiz üçün namaz qılaq və onun dərgahında dua edib və bağışlanmağımızı istəyək. Allah bilir ki, onun üçün namaz qılmaq və onun kitabını oxumağı, dua və bağışlanmağı diləməyi sevirəm."

Namaz, dua və Allahla rabitə yaratmaq nə qədər əzəmətlidir ki, İmam Hüseyn (ə) bunun üçün, düşməndən döyüşün təxirə salınmasını istəyir.

Ələddin Məlikov