22 Noyabr 2024 - 22
İki ehtimalın heç biri bu əzəmətli hadisəni izah edən məqsəd deyil. Nə demək olar ki, həzrətin bu qiyamdakı məqsədi hökumət qurmaq olmuşdur, nə də demək olar ki, o, şəhid olmaq üçün qiyam etmişdir. Əslində “məqsəd hökumət idi” və yaxud “məqsəd şəhadət idi” deyən şəxslər məqsədlə nəticəni səhv salmışlar.
Xeyr, məqsəd bunlar deyildi. İmam Hüseynin (ə) başqa bir məqsədi vardı, lakin o məqsədə çatmaq üçün bir hərəkət tələb olunurdu. Bu hərəkət bu iki nəticənin birinə səbəb olacaqdı: hökumət, yaxud şəhadət. İmam Hüseyn (ə) bunların hər ikisinə hazır idi; həm hökumətin işlərini hazırlamışdı və hazırlayırdı, həm də şəhadətin işlərini. Hansı olsaydı da, düzgün idi, eybi yox idi. Amma heç biri məqsəd deyildi, hər ikisi nəticə idi. Məqsəd başqa bir şey idi.
"Məqsəd Allahın vacib buyurduğu mühüm bir əməli yerinə yetirmək idi!"
Şəhidlər ağasının özünün və vəfalı dostlarının şəhidliyi ilə nəticələnən qiyam və hərəkətdə məqsədi din vacibləri arasında əzəmətli və mühüm bir əməli yerinə yetirmək idi. Bu işin İslamın düşüncə, dəyər və əməl sistemində mühüm yeri var və ondan öncəyə qədər heç kəs onu yerinə yetirməmişdi; nə Peyğəmbər (s) nə Əmirəl-mömininin (ə), nə də İmam Həsən Müctəba (ə).
İmam Hüseyn (ə) bu vacib əməli yerinə yetirməli idi ki, bütün tarix üçün dərs olsun. Məsələn, Peyğəmbər (s) hökumət qurdu və bu işlə təkcə hökumət qurmağın hökmünü gətirmədi, həm də bütün İslam tarixi üçün örnək göstərdi. Yaxud Peyğəmbər (s) Allah yolunda cihad etdi və bu, müsəlmanların və bəşərin bütün tarixi üçün əbədi dərs oldu. Bu vacib əməl də İmam Hüseynin (ə) vasitəsi ilə yerinə yetirilməli idi ki, müsəlmanlar üçün və bütün tarix üçün əməli dərs olsun.
Ayətullah Xamenei