21 Noyabr 2024 - 21
Sual: Kərbəlada su faktorunun geniş izahı və Fəratın əhəmiyyəti
Cavab: Etibarlı tarix mənbələrinə istinad edərkək, ibn Ziyadın əmrinə əsasən suyun qarşısının alındığının şahidi oluruq.
Məhərrəm ayının yeddisi Ubeydullah ibn Ziyad tərəfindən Ömər ibn Sədə belə bir göstəriş gəlir: "Hüseyni Fərat suyuna həsrət qoy və bir damcı belə onlara o sudan vermə".
Həmçinin ibn Ziyad bu işlə Osmanın qisasını aldığını demək istəyirdi.
Ömər ibn Səd. Bu əmri alan kimi Ömər ibn Həccacı 500 nəfərlə birlikdə Fəratın sahillərinə göndərdi.
İmam (ə) və tərəfdarları Aşura gününə kimi bir neçə dəfə su gətirmək üçün çalışsalarda, Ömər Sədin məmurları buna imkan vermədilər. Heç bir daldanacaq yeri olmayan qızmar səhrada həm imamın səhabələri, həm də qadın və uşaqlar üçün susuz qalmaq təsəvvür oluna bilməyəcək qədər çətin idi.
Bəzi tarixi mənbələrə əsaslanaraq, deyə bilərik ki, imam çadırların ətrafında quyu qazmaq istəsədə Ömər Sədin əsgərləri tərəfindən bu işə mane olduğundan imam fikrindən daşınmışdır.
Həmçinin həzrət Abbasın və Hafe ibn Hilalın başçılığı ilə otuz altı və iyirmi piyada döyüşçü ilə, gecə vaxtı Ömər ibn Həccacın qoşununa hücum etmələri tarixdə qeyd olunmuşdur. Həzrət Abbas (ə) bu hücumda iyirmi su məşqini su ilə dolduraraq çadırlara tərəf qayıtmışdır.
«و لما استد علی الحسین و اصحابه العطش»
Bəzi tarixi mənbələrdə isə Aşura günü xanım Zeynəbin qəşş etdiyi və İmam Hüseynin (ə) onun üzünə su tökdüyünü oxuyuruq.
Tarixin bu səhifələri Aşura gecəsində suyun olmasını çatdırır. Mərhum Əllamə Məclisi, Biharul- ənvar kitabında bu məsələyə dəqiq işarə etmişdir. Əllamənin nəzərinə əsasən hətta Aşuranın sübhü də su olmuşdur. Əllamə Məsclisi aşura gününün sübhünü belə təsfir edir:
«ثم قال لأصحابه: قوموا فاشربوا من الماء یکن آخر زادکم و توضؤوا واغتسلوا و إغسلوا ثیابکم لتکون اکفانکمک ثم صلّی بهم الفجر»
"İmam (ə) öz səhabələrinə buyurdu: Qalxın su için və dəstəmaz alın. Sonra qüsl verib, paltarlarınızı yuyun. Qoy kəfənləriniz təmiz olsun. Çünki bu paltarlar sizin kəfəniniz olacaq. Bunlar sizin dünyadan aparacağınız azuqə olacaqdır. Sonra imam sübh namazın onlarla birlikdə qıldı."
Bəzi mötəbər tarix kitablarında yazırlar ki, Aşura gününün sübhü su qurtarır və daha imamın və tərəfdarlarının əli suya çatmır.
«یکن آخر زادکم»
Onlar, döyüş başlayana kimi və ondan sonra susuz qalırlar səhranın istisi və döyüşün ağırlığı hamını susuzluqdan əldən salmışdı.
Əllamə Məclisi, Ömər Sədin döyüşçülərindən biri olan Təmim ibn Həsin Xəzarinin rişxəndini belə təfsir edir:
"Ey Hüseyn tərəfdarları Fərat çayın görürsünüzmü? O ilanın qarnı kimi qıvrılaraq parlaq surətdə axır. And olsun Allaha ki, sizi ölənə qədər o suya həsrət qoyacağam.
Həmçinin imamın tərəfinə keçən Hürr, Kufəlilərə bu yoldan daşınmaq məsləhətini verəndə, onu susuzluqları ilə məsxərə etdilər. Həmçinin imamın şəxsən özü su gətirməyə gedəndə Şimrlə üz-üzə çıxması Şimrin imama bu işdə mane olması və imamın onu nifrin etməsi bir çox tarixi kitablarda qeyd olunmuşdur.
Əllamə Məclisi, həzrət Abbasın (ə) imamın göstərişi ilə uşaqlar və qadınlar üçün su gətirməsini və lakin o həzrətin şəhadətə yetişməsini bir çox hədislərdən rəvayət etmişdir.
Məşhur olduğu kimi Abbas su gətirməyə müvəffəq olmadı və qayıdanda şəhadətə yetişdi.
Ələddin Məlikov