21 Noyabr 2024 - 21
Kərbəla qiyamı haqqında yayılan təsəvvür budur ki, Kərbəla sanki məzlumiyyətin yaşandığı bir hadisədir. Yəni müəyyən bir coğrafi məkanda, müəyyən bir insanlar, müəyyən bir dəstə qiyam ediblər, orada amansızcasına qətl olunublar və məzlumcasına dünyalarını dəyişiblər.
Kərbəla haqqında, Məhərrəmlik günlərində keçirilən məclislərdə, proqramlarda biz bu yönün daha çox qabardıldığının şahidi oluruq. Yəni oxunan mərsiyələrdə də bu daha çox gündəmə gətirilir ki, Kərbəlada İmam Hüseynin amansızcasına qətli, Əli-Əsğərin qətli, Əli-Əkbərin qətli, Əhli-beytin qətli və s.
Bu məktəbin öz həqiqi missiyasını yerinə yetirməyi üçün gərək bu məktəbə, bu qiyama hər tərəfli baxaq. Yəni biz məsələninin ancaq məzlumiyyət tərəfini qabartsaq o zaman bu əsas hədəf və əsas missiyanı yerinə yetirəcək o hissə unudulmuş qalacaq.
Şəhid Mürtəza Mütəhhərinin bu barədə gözəl bir sözü var, deyir ki, biz Kərbəlaya yalnız məzlumiyyət tərəfindən baxmamalıyıq. Düzdür Kərbəlada məzlumiyyət var bu öz yerində amma o məzlumiyyətin yanında birdə qəhrəmanlıq var. Yəni İmam Hüseynin fədakarlığı var, İmam Hüseynin öz hədəfi üçün hər şeyindən keçməsi var, həzrət Əbəlfəzin qəhrəmanlığı var, həzrət Zeynəbin qəhrəmanlığı və şücaəti var. Və Kərbəla hadisəsinin, Kərbəla qiyamının məhz bu tərəfidir ki, nəticə verdi.
Təbriz Nəcəfi