03 Dekabr 2025 - 3
İmam Hüseyn öz ordusunu nizamladıqdan sonra atına minib çadırlardan bir qədər aralandı və uca, hamının eşidəcəyi bir səslə Ömər Sədin qoşununa xitabən belə buyurdu: “Camaat! Sözümü eşidin və döyüşə, qan tökməyə tələsməyin. İmkan verin mən öz vəzifəmi (sizi nəsihət və moizə etmək) yerinə yetirim və buraya səfər etməyimin səbəbini izah edim. Əgər dediklərimi qəbul edib mənimlə insafla rəftar etsəniz, səadətə çatar, mənimlə döyüşməzsiniz. Əgər dediklərimi qəbul etməyib insafla rəftar etməsəniz, onda hamınız əl-ələ verib mənim haqqımda hansı batil (haqq olmayan) düşüncəniz, qərarınız (planınız) varsa, icra edib mənə aman verməzsiniz. Amma hər halda məsələ sizə qapalı qalmaz. Mənim arxam, köməyim o Allahdır ki, Qur’an göndərmişdir. Odur yaxşıların dostu və köməyi.
Mircəfər Əyyubov
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto