21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynin nəzərində mühüm və daha mühüm məsələ
10.07.2018

Hüseyn ibn Əli (ə) bu məktubda Bəsrə camaatını Quran və İslam əleyhinə olan proseslərə qarşı mübarizədə həmkarlığa çağırır. Bundan əlavə o həzrət, Əhli-beytin mövqeyini bəyan edir, İslam xəttinin və xilafət mövzusunun öz yolundan sapdırılmasını qeyd edərək “mühüm və daha mühüm” məsələsini əldə əsas tutub mübarizə etməyi aydınlaşdırır.

İmam ismət (paklıq) sülaləsinin müəyyən bir zaman çərçivəsində susmasının və özünün qiyam etməsinin fəlsəfəsini (səbəbini) açıqlayaraq əlavə edir: “O zaman sükut ixtiyar olunmasına səbəb o idi ki, xüsusi bir mühitin yarandığından qiyam nəinki yaxşı fayda verməzdi, hətta düşmənlərin, münafiqlərin, (ikiüzlülərin) və fürsət axtaranların bu qiyamı öz xeyirlərinə bitirməsi ilə tamamlanardı. (“Təfriqə olmaması üçün razılıq göstərdik.”) Buna görə də susduq, qapını üzümüzə bağladıq, bu yollarda qorxulu fitnə-fəsadın qarşısını alaraq təbliğatla, yol göstərməklə müsəlmanları inkişafa və tərəqqiyə doğru aparmağa başladıq. Lakin indi başqa bir mərhələyə daxil olmuşuq və İslam nəinki öz axarından çıxmış, bəlkə də məhv olmaq təhlükəsi ilə üzləşmişdir. (“Peyğəmbər sünnəsi (getdiyi yol) aradan getmiş, onun yerini bidət tutmuşdur.”) Peyğəmbərin qanunu sıradan çıxarılmış və bidətlər, şəxsi istəklər onu əvəz etmişdir. Bu günkü şərait isə fitnə-fəsadla mübarizə aparmaq üçün münasibdir. Yəni, əgər bu mübarizədə ümmət içərisindən çıxmış ən pak adamların qanı tökülsə, düşmənlər bundan öz mənfəətləri üçün istifadə edə bilməyəcək, üstəlik bu qiyam İslam üçün ən gözəl dəyərləri və faydaları müjdə verəcək.”

Məhəmmədsadiq Nəcmi