21 Noyabr 2024 - 21
1. Özünüz və peşəniz barədə məlumat verin.
- Elvar Salah. 1994-cü ildə Masallı rayonunda doğulmuşam. Əvvəllər jurnalist kimi fəaliyyət göstərmişəm. Hazırda bir neçə ayrı-ayrı sahələrdə çalışıram.
2. Ərbəinin hansı mesajını bütün insanlara çatdırmaq istərdiniz?
- Ərbəin yürüşü öz izdihamı ilə dünyaya elə bir mesaj verir ki, artıq fərdlərin o mesajları səsləndirməsinə və kimlərəsə çatdırmasına gərək qalmayıb. Amma hər halda bunu demək istərdim ki, Ərbəin aşiqin məşuqa tərəf yol alıb özünü onun uğrunda fəda etməsinin təcəssümüdür. O məşuqun ki, aşiqləri uğrunda hər şeyindən keçib.
3. Son 3 ildi ardıcıl Ərbəin səfərinə gedirsiz. Sizi ora çəkən qüvvə nədir?
Ürəyimdə o qədər sözlər var ki, onları ipə düzüb danışa bilmirəm. Amma qısa olaraq deyim ilk dəfə Ərbəin yürüşünə qatıldığımda hər kəs kimi mən də təəccüblü şəkildə o nur selinin içərisində üzürdüm. Lakin sonrakı illərdə getməyim yuxarıda qeyd etdiyim kimi məşuqa qovuşmaq üçün oldu. Çünki o şahın hüzurunda insan tərbiyələnir və kamilliyə doğru irəliləyir.
4. Səfər zamanı və ziyarətlərdə sizi ən çox cəlb edən nə oldu?
Dünyanın bütün izdihamlı mərasimlərinə baxsaq mütləq bir dünyəvi qarşılıq gözləntisi tapacağıq. Lakin bu səfərdə insanların milliyyətindən asılı olmayaraq bir nöqtəyə doğru şövqlə irəliləyib bir-birilərinə ehtiram göstərərək xidmət etmələri insanın həqiqətən sanki dünyada deyil mənəvi bir aləmdə olduğunu göstərir. Diqqətimi çəkən bu məqam oldu.
5. Kərbəla və Ərbəini 1 cümlə ilə izah et desələr. Bu hansı cümlə olar.
- "Dinindindən, irqindən və məzhəbindən asılı olmarayaq bütün millətləri özünə cəlb edən Hüseyni qüvvə.