23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Kərbəla hadisəsi cəhalətlə əqlin mübarizəsi idi
11.07.2018

Bir dəstə əql, bir dəstə Quran və sünnə yoluyla gedən, ikinci dəstə isə Yezidin qoşunu və tam cəhalət dəstəsi. Əgər istəsək ki, İmam Hüseynin Kərbəlasının, hərəkatının və inqilabının səbəblərini araşdıraq ilk öncə bunu qeyd etməliyik ki, həzrət peyğəmbərimizin İslam cəmiyyətinə gətirdiyi qaydalardan və dəyərlərdən danışaq. Çünki İmam Hüseynin hərəkatı həm dini dəyərlərin qorunması, həm də insani dəyərlərin və hüquqların qorunması yolunda idi.

Həzrət peyğəmbərimiz İslam cəmiyyətinə sağlam bir qaydalar, sağlam bir dəyərlər qoydu və onu möhkəmləndirdi islam ümməti arasında. Bilirik ki, din insanın həyatında ən böyük və mühüm hissəsini təşkil edən bir amildir. Rəvayətlərdə vardır ki, dinsiz, imansız yəni dini həyatı olmayan insanın səadəti və həyatı mənasızdır. İmam Hüseyn (ə) buyurur: “Həyat və xoşbəxtlik əqidədən və o əqidənin prinsipləri ilə yaşamaqdan və çalışmaqdan başqa bir şey deyil.”

Əziz Nəbiyev