22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Azğınlıq və yayınmalar qarşısında İlahi vəzifə
16.07.2018

Allah-Taala İslamın müdafiə qüvvəsini onun özündə qoymuşdur; sağlam bir bədən, yaxud sağlam bir maşın kimi; onu düzəldən mühəndis təmir vasitəsini onun öz içinə qoymuşdur. İslam bir fenomendir və bütün fenomenlər kimi onu bəzi təhlükələr təhdid edir. Tədbir görmək üçün bir vasitə lazımdır. Allah-Taala bu vasitəni İslamın özündə qoymuşdur.

O zaman da sözügedən iki təhlükə (xarici düşmənlərin təhlükəsi və daxildən məhvolma təhlükəsi) İslamı təhdid edirdi. Onların hər ikisinin nəticəsi İslam cəmiyyətinin dönüşü olmayan fəlakət və məhvolma yoluna çıxması idi. Çünki fəsadlı hakimlərin varlığına, cəmiyyətin aparıcı və avam insanları arasında fəsad və dünyagirliyin yayılmasına görə İslamın, hökumətin və cəmiyyətin ideal və ilahi vəziyyətə qaytarılması və dirildilməsi üçün heç bir maraq və səy göstərilmirdi. Cəmiyyət azğınlıq içərisində sərgərdan qalmışdı.

Əgər əziz Peyğəmbərin (s) bu rels üzərinə çıxardığı bu qatarı bir əl, yaxud bir hadisə relsdən çıxarsa, vəzifə nədir? Əgər İslam cəmiyyəti yoldan yayınsa və əgər bu yayınma elə bir həddə çatsa ki, bütün İslamın və İslam maarifinin yayınma təhlükəsi yaransa, vəzifə nədir? İki növ yayınma və azğınlıq var. Çox zaman xalq fəsada düçar olur, lakin İslam hökmləri məhv olmur. Bəzən də xalq fəsada uğrayır, hökumətlər də fəsada uğrayırlar, alimlər və din natiqləri də fəsada düşürlər. Fəsadlı insanlardan ümumiyyətlə düzgün din sadir olmaz. Onlar Quranı və həqiqətləri təhrif edirlər, yaxşıları pis, pisləri yaxşı, bəyənilməz işi bəyənilən, bəyənilən işi bəyənilməz edirlər, İslamın xəttini 180 dərəcə dəyişdirirlər. Əgər İslam cəmiyyəti və quruluşu belə bir vəziyyətə düçar olsa, vəzifə nədir?

İlahi vəzifə İslam hökumətini və İslam cəmiyyətini düzgün və ilahi yola qaytarmaq üçün bütün imkanlardan istifadə etməkdir. Bu, hikmətli Allahın dində qoyduğu vacib əməldir. Və Əbu Abdullah (ə) İslamın özünü və müsəlman cəmiyyəti təhdid edən bu təhlükələr qarşısında ona əməl etdi.

Ayətullah Xameni