23 Noyabr 2024 - 23
Allah-mütəal bir dəstə insan göndərib ki, onlara deyirlər müslih. Onlar heç zaman əyri işin arxasınca getməzlər. Onlar müəllimdir. Qurani-Kərim onlara həm müəllim deyir, həm Peyğəmbər deyir və həm də onlara salehin deyir.
Allah Quranın “Ənbiya” surəsində buyurur: “Onlar hamısı bəşəri islah etməyə gəliblər”. Peyğəmbərlər hər dövrün insanlarını öz zamanlarına uyğun olub. Bəs görəsən peyğəmbər gəlib bəşəri islah etsin, insanislah olmağa məcburdumu? Xeyr! Allah Quranda Peyğəmbərə buyurur: "Sənin vəzifən deməkdir. Bundan artıq haqqın yoxdur."
Burada bir misal vurum, niyə o biri Peyğəmbərlər əllərinə qılınc almadılar amma İmam Hüseyn (ə) qılınc aldı əlinə? Cavabı budur ki, iki cür həkim var. Bir həkim var camaata deyir ki, filan suyu içməyin, filan şeyi yeməyin. Əgər yesəniz xəstəlik tutacaqsınız. Amma kim ki, qulaq asmayıb o xəstəliyi tutur ikinci həkim gəlir deyir ki, bu xəstəlik o həkimin işi deyil gərək bu xəstəlik əməliyyat oluna ki, bu sağalsın.
İmam Hüseyn də o biri peyğəmbərlər kimi, hər zamanın özünə uyğun islah edirdi. İmam Hüseynin zamanında cəmiyyət bir dərdə düçar olmuşdu ki, İmam Hüseyn əgər canın və qanın verməsəydi o dərdi cəmiyyətdən uzaqlaşdıra bilməzdi. Bu da hər kəsin işi deyil canını versin.
İmam Sadiq (ə) buyurur necə ki, biri yolu itirsə elə eyni yerində fırlanar ta yorulana qədər. İnsanın da içərisi aydın olmasa ömür boyu dolanar və sonda yorular. İmam Hüseyn (ə) burada çox gözəl simvol çəkdi.
Əli Əhmədpur