22 Noyabr 2024 - 22
Aşura! Adın qəlbləri titrədir.
Aşura! Adın düşmənləri vəlvələyə salır.
Aşura! Körpəsindən tutmuş qocasına qədər hamı səni tanıyır.
Aşura! 1400 il bundan qabaq necə ağrılı idin, indi də o cür ağrılısan.
Aşura - İmam Zaman (ə) ağanın göz yaşlarına səbəb olan gün.
Aşura – Əhli-Beyt (ə) davamçılarının təməl nöqtəsi.
Aşura - körpələrin dünyaya gələndən sonra dinlədiyi ilk avaz.
Aşura! Sən tarixə qanlı hərflərlə yazıldın.
Aşura - Peyğəmbərlərin qabaqcadan xəbərdar olduqları və ondan çoxlu ibrətlər götürdükləri yaddaş.
Aşura! Xristian qardaşları belə kövrəldən və İslama doğru yönəldən bir tarix.
Aşura! Adın gələndə göz yaşlarının süzüldüyü yanaqlar.
Aşura! Yəmən cavanlarının uğrunda şəhid olduqları gün.
Aşura! Hüseynin (ə), Əbülfəzl Abbasın yanğılı hekayəsi.
Aşura! Əli Əsgər və Əli Əkbərin susuz dodaqları.
Aşura! Səkinə və Rüqqəyyənin qanlı göz yaşları.
Aşura! Zeynəbin sevimli qardaşından ayrılıq məqamı.
Aşura! Yezidin, Şimrin, İbn Ziyadın, Ömər Sədin lənətləndiyi gün.
Aşura! İmam Səccadın (ə) ömrünün axırına qədər üzünün gülməməsinə səbəb olan yaddaş.
Aşura! Əhli-Beyt (ə) davamçılarına əvəzsiz ərməğan və yaddan çıxmayan bir dərs.
Aşura! Keçmişi anaraq, gələcək nəslə İmam Hüseyn (ə) məktəbini və əxlaqını aşılamaq.
Aşura - əmr-be-məruf və nəhy-əz-munkər məktəbi.
Aşura - zillətə boyun əyməmək məktəbi,
Aşura - məzlumun haqqını tələb etmək məktəbi.
Aşura - insanlara İslam dinini xatırladan gün.
Aşura - insanlara səbir və təqva məktəbi.
Aşura - Qiyamətə qədər Hüseyn (ə) yanğısı.
Aşura! Düşmənlərin tarixdən silə bilmədikləri gün.
İmam Rza (ə): “Aşura günü kimin yas, ağlama və kədər günü olarsa, Allah Qiyaməti onun şadlıq və sevinc gününə çevirər”.
Məşhədi Xanım