23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Əzadarlıq məclislərində təhrif və bidətlərdən uzaq olmalıyıq - Ayətullah Məkarim Şirazi
24.07.2018

“Bu məclislərdən maksimum istifadə etmək üçün bir neçə xüsusi şeyə diqqət yetirməliyik:

1. Aşura gününün səbəbləri və nəticələri var. Hörmətli xətiblər yalnız bu gündə baş verənlərdən deyil səbəb və islama olan nəticələrindən də danışsınlar.

2. Əziz cavanlar İmam Hüseynin (ə) “zillət bizdən uzaqdır” cümləsini özlərinə şuar edib, əqidələrini gücləndirsinlər.

3. Əziz əzadarlıq keçirdənlər məclisləri xürafatlarla doldurmasınlar. Qəmə vurmaq və bədənə müxtəlif ziyanlar yetirməkdən boyun qaçırtsınlar. Bilirik ki, bu işi görənlər İmam Hüseyn eşqi ilə edirlər, lakin bu iş onları İmam Hüseynin (ə) hədəflərindən uzaqlaşdırır. Bu gün düşmən bu hallardan istifadə edərək məzhəbimizi dünyada pis, qorxunc və iyrənc cilvələndirmək istəyir. Heç bir hədisdə və məsum imamın dövründə bu iş tövsiyyə olunmayıb. İmam Zaman ağanın da bu işdə razılığı yoxdur.

4. Əziz məddahlar mərasimlərdə İmam Zaman bəyənən tərzdə oxusunlar və haram məclislərə uyğun tərzdə iş görməsinlər.

5. Əziz əzadarlar namazın vaxtına riayət etsinlər. Namaz dinin sütunudur və əzadarlıq zamanı namaz vaxtı daxil olarsa, onu qılıb sonra davam etmək lazımdır.

6. Məddah və xətiblər digərlərini təhqir etməkdən qaçsınlar və əməllərini yalnız Allaha xatir və ixlaslı etsinlər.

7. Digər məzhəblərin müqəddəslərini təhqir etmək bu gün düşmənçilik və ixtilaf alovunu böyüdür. Xətib və məddahlar bunların əvəzinə Kərbəla şəhidlərinin fəzilətlərindən danışsınlar.

8. Heç kim bu mərasimlərdən öz mənafelərinə görə istifadə etməməlidir.

9. Əzadarlıq məclisləri bir-birləri ilə rəqabət aparmamalıdırlar.

10. Xətiblər cəmiyyətdə fəsadı aradan aparmaq, hicab və iffəti yaymaq üçün əllərindən gələni etsinlər.

Bu məclislərin nəticəsində düşmənin zəlil, dostların isə izzətli olmasına ümid edirik.

Aytətullah Məkarim Şirazi