21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İbn Teymiyyənin Aşura günü baş verən təbiət hadisələri barədə fikirləri
03.08.2018

Müasir sələfiliyin (vəhhabiliyin) fikir atası sayılan İbn Teymiyyə əl-Hərraninin şiə alimi Əllamə əl-Hilliyə cavab olaraq yazdığı məşhur "Minhacüs-sünnə" əsərində Aşura hadisəsinə həsr olunmuş saysız-hesabsız yalanların bir neçəsini oxuculara təqdim ediriik.


Birinci yalan:

İbn Teymiyyə Aşura günü baş verən hadisələrə dair rəvayətlər haqqında danışarkən yazır:

وبهذا وغيره يتبين أن كثيرا مما روي في ذلك كذب ؛ مثل : كون السماء أمطرت دمًا فإن هذا ما وقع قط في قتل أحد . ومثل كون الحمرة ظهرت في السماء يوم قتل الحسين ، ولم تظهر قبل ذلك ؛ فإن هذا من الترهات ، فما زالت هذه الحمرة تظهر ، ولها سبب طبيعي من جهة الشمس ؛ فهي بمنزلة الشفق . وكذلك قول القائل : إنه ما رفع حجر في الدنيا إلا وجد تحته دم عبيط هو أيضًا كذب بين.

Bu deyilənlərə əsasən, sözügedən mövzuda nəql olunan rəvayətlərin bir çoxu yalandır. Məsələn, səmanın qan ağlaması rəvayəti kimi; belə bir şey heç kəsin ölümü zamanı baş verməmişdir. Həmçinin, Hüseynin qətlə yetirildiyi gün daha əvvəl heç vaxt baş verməmiş göydə qırmızılığın əmələ gəlməsi rəvayəti kimi. Bu da uydurmadır. Çünki indi də göydə qırmızılıq əmələ gəlir. Bu hadisənin günəşlə əlaqədar təbii bir səbəbi vardır. Bu qırmızılıq şəfəq kimi bir şeydir.

İbn Teymiyyə əl-Hərrani, "Minhacus-sünnətin-nəbəviyyə", c.4, s.560; çap: Muhəmməd ibn Səud adına Universitet, Səudiyyə Ərəbistanı, 1406/1986; təhqiq: Muhəmməd Rəşad Salim

Gəlin baxaq görək əhli-sünnə alimləri bu barədə nə yazıblar.

Əhli-sünnə alimi Hafiz əl-Heysəmi yazır:

وَعَنْ أُمِّ حَكِيمٍ قَالَتْ: قُتِلَ الْحُسَيْنُ وَأَنَا يَوْمَئِذٍ جُوَيْرِيَّةٌ، فَمَكَثَتِ السَّمَاءُ أَيَّامًا مِثْلَ الْعَلَقَةِ.

رَوَاهُ الطَّبَرَانِيُّ، وَرِجَالُهُ إِلَى أُمِّ حَكِيمٍ رِجَالُ الصَّحِيحِ.

Ümmü Həkimdən belə dediyi nəql edilir: "Hüseynin şəhid edildikdən sonra – mən o vaxt balaca bir qız idim – göy üzü bir neçə gün qırmızı rəngdə qaldı."

Bu hədisi ət-Təbərani nəql etmişdir, Ümmü Həkimə qədər bütün ravilər “əs-Səhih”in raviləridir.

Nurəddin əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.9, s.230, №15161; "Darul-kutubil-ilmiyyə" - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata

Fotoşəkillər üçün buraya müraciət edin: http://hadis.313news.net/news/a-331.html

Həmçinin, digər əhli-sünnə alimi Muhəmməd ibn Yusuif əz-Zərəndi əl-Hənəfi yazır:

ونقل الإمام أبو الفرج ابن الجوزي في كتاب التبصرة عن ابن سيرين قال: لما قتل الحسين أظلمت الدنيا ثلاثة أيام ثم ظهرت هذه الحمرة في السماء. وقال أبو سعيد ما رفع حجر في الدنيا لما قتل الحسين إلا وتحته دم عبيط، ولقد مطرت السماء دماً بقي أثره في الثياب مدة حتى تقطعت. وقال سليم القاضي لما قتل الحسين مطرنا دما. وقال السدي: لما قتل الحسين بكت السماء وبكاؤها حمرتها. قال الشيخ أبو الفرج ابن الجوزي: كان الغضبان يحمر وجهه عند الغضب فيستدل على غضبه وهو إمارة الشخص، الحق سبحانه وتعالى ليس بجسم فأظهر تأثير عظمته على من قتل الحسين بحمرة الأفق وذلك دليل على عظيم الجناية.

İmam Əbülfərəc ibn əl-Cəuzi “Ət-Təbsirə” kitabında İbn Sirindən belə nəql etmişdir: Hüseyn qətlə yetirildikdən sonra dünya üç gün qaranlığa qərq oldu. Sonra göydə qırmızılıq peyda oldu.

Əbu Səid deyir ki, Hüseyn öldürülən vaxt dünyanın harasında bir daşı qaldırırdılarsa, altından təzə qan axırdı. O gün səmadan qan yağmışdı. O qan hansı paltarın üstünə düşmüşdüsə, paltar cırılıb aradan gedənə qədər ləkə onun üstündə qalmışdı.

Səlim əl-Qazı deyir: Hüseyn qətlə yetirildikdə səmadan qan yağdı.

Suddi deyir: Hüseyn qətlə yetirildikdə səma ağladı. Səmanın ağlaması qırmızı rəngdə olur.

Şeyx Əbülfərəc ibn əl-Cəuzi deyir: İnsan əsəbiləşdiyi vaxt üzü qızarır və bununla onun əsəbiləşdiyi bilinir. Qırmızılıq insanın əsəbiləşməyinin əlamətidir. Allah-taala isə cism olmadığı üçün Onun Hüseynin qatillərinə qarşı qəzəblənməsinin əlaməti üfüqün qırmızılaşması şəklində təzahür etmişdir. Bu hadisə cinayətin nə qədər böyük olduğunu göstərir.

Muhəmməd ibn Yusuif əz-Zərəndi əl-Hənəfi, “Nuzum durərus-simteyn”, səh.280-281; “Daru-ihyait-turasil-ərəbi” – Beyrut, 2004

Fotoşəkillər üçün buraya müraciət edin: http://hadis.313news.net/news/a-326.html


İkinci yalan:

Daha sonra İbn Teymiyyə yazır:

وأما قول الزهري : ما بقي أحد من قتلة الحسين إلا عوقب في الدنيا ؛ فهذا ممكن ، وأسرع الذنوب عقوبة البغي ، والبغي على الحسين من أعظم البغي

Həmçinin, “o gün dünyanın hansı yerində bir daşı qaldırdılarsa, altında qatı qan tapdılar” rəvayəti. Bu rəvayət də açıq-aydın yalandır.

İbn Teymiyyə əl-Hərrani, "Minhacus-sünnətin-nəbəviyyə", c.4, s.560; çap: Muhəmməd ibn Səud adına Universitet, Səudiyyə Ərəbistanı, 1406/1986; təhqiq: Muhəmməd Rəşad Salim

Əhli-sünnə alimi Hafiz əl-Heysəmi nəql edir:

وَعَنِ الزَّهْرِيِّ قَالَ: قَالَ لِي عَبْدُ الْمَلِكِ: أَيُّ وَاحِدٍ أَنْتَ إِنْ أَعْلَمْتَنِي، أَيُّ عَلَامَةٍ كَانَتْ يَوْمَ قَتْلِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ. فَقَالَ: قُلْتُ: لَمْ تُرْفَعْ حَصَاةٌ بِبَيْتِ الْمَقْدِسِ إِلَّا وُجِدَ تَحْتَهَا دَمٌ عَبِيطٍ، فَقَالَ لِي عَبْدُ الْمَلِكِ: إِنِّي وَإِيَّاكَ فِي هَذَا الْحَدِيثِ لَقَرِينَانِ.

رَوَاهُ الطَّبَرَانِيُّ، وَرِجَالُهُ ثِقَاتٌ.

Zühridən belə dediyi nəql edilmişdir: Əbdülməlik mənə dedi: “Sən kimsən? Mənə deyə bilərsən ki, Hüseyn ibn Əli öldürülən gün nə kimi hadisələr baş verdi?” Dedim: “Beytül-Məqdisdə hansı daşı qaldırırdılarsa, altında təzə qan olduğunu görürdülər”. Əbdülməlik dedi: “Mən də elə belə bilirəm””.

Bunu ət-Təbərani rəvayət etmişdir, raviləri siqə şəxslərdir.

Nurəddin əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.9, s.230, №15159; "Darul-kutubil-ilmiyyə" - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata

Həmçinin, Hafiz əl-Heysəmi yazır:

وَعَنِ الزُّهْرِيِّ قَالَ: مَا رُفِعَ بِالشَّامِ حَجَرٌ يَوْمَ قَتْلِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ إِلَّا عَنْ دَمٍ.

رَوَاهُ الطَّبَرَانِيُّ، وَرِجَالُهُ رِجَالُ الصَّحِيحِ.

Zühridən belə dediyi nəql edilmişdir: Hüseyn ibn Əli öldürüldükdə, Şamda hansı daşı qaldırırdılarsa, altından qan axırdı.

Bunu ət-Təbərani rəvayət etdi, raviləri “əs-Səhih”in raviləridir.

Nurəddin əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.9, s.230, №15160; "Darul-kutubil-ilmiyyə" - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata


313news.net