23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseyn (ə) əzadarlığı təkcə sinə və zəncir vurmaqla xülasələşməməlidir
23.08.2018

Diqqət etsək görərik ki, Məhərrəm ayının ilk 10 günü növbəti 20 günündən daha izdihamlı keçirilir. Məhərrəmliyin ilk 10 gününün xüsusi əhəmiyyəti bütün hədislərdə bəyan olunub, Əhli-Beyt (ə) bu günləri qəm qüssə və hüznlə qeyd edib:

Mərifət nə qədər geniş miqyasda, dolğun olarsa, məhəbbət də o qədər düzgün olar və insanlar daha aşiqanə əza saxlayar.

“Hədislərdə bildirilir ki, Məhərrəm ayı daxil olan gündən, ta Aşura gününə kimi İmam Museyi Kazımın (ə) üzündən təbəssüm silinərdi, İmam Hüseyni (ə) xatırlayıb onun üçün göz yaşları tökərdi.”

Məhərrəm ayının ilk 10 günündə möminlər məsumlarrın yolunu davam edərək məscidlərdə, hüseyniyyələrdə İmam Hüseynə əza saxlayırlar. Amma bu əzadarlıqlar təkcə sinə vurmaqla, zəncir vurmaqla xülasiləşməməlidir.

“İnsanlarımız geniş miqyasda maariflənməli, Aşura gününün və İmam Hüseynin (ə) qiyamının həqiqi fəlsəfəsi ilə yaxından tanış olmalı, mahiyyətini başa düşməlidirlər və dərk edərək sinə vurub, əzadarlıq etməlidirlər. İmam Hüseyn (ə), onun yolu, qiyamı barədə möminlər nə qədər geniş maariflənsələr, daha yaxından dərk etsələr, bir o qədər Əhli-Beyt və İmam Hüseynə məhəbbəti çoxalar. Yəni həqiqi məhəbbəti yaradan mərifətdir. Mərifət nə qədər geniş miqyasda, dolğun olarsa, məhəbbət də o qədər düzgün olar və insanlar daha aşiqanə əza saxlayar.”

İlham Əliyev /faktxeber/