21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əza günlərinə hazırlaşmaq
28.08.2018

Ziyarəti Aşuranın sonlarında belə bir cümlə va: “İlahi sənə şükr edirəm bu müsibətə görə, sənə həm edirəm bu müsibətə görə.” Niyə? Çünki bütün həqiqətlər bu müsibətin içərisində yatır. İnsaniyyətə lazım olan bütün həqiqətlər bu müsibətin daxilindədir.

Ardınca buyurur, mən də qabiliyyət tapmışam ki, qiyamət günü Hüseyn deyəcək bu da bizdəndir, qoyun gəlsin. Buna qabiliyyət tapmaq deyərlər. Bu məclislərin batini bundan ibarətdir ki, gələsən o qabiliyyəti tapasan İmam Hüseyn (ə) qiyamətdə sənə də əl uzatsın, desin bu bizdəndir, icazə verin gəlsin. Həqiqət bundan ibarətdir. Əza günlərində insan gərək qəmli-qüssəli olsun. Hədislərdə Əhli-beyt haqqında var ki, deyirlər Məhərrəm ayı daxil olardı Əhli-beyti gülən görməzdilər. Qəmli olardılar.

Din üstə ölən diridir əfsanə danışma,
Quranı Hüseyn saxladı divanə danışma,
Hər qəlb ola aləmdə Hüseynin qəmi dağlar,
Biz ağlamasaq da nənəsi Fatimə ağlar.

Surxay Məmmədov