03 Dekabr 2024 - 3
Bəzən sual verirlər ki, nə üçün Peyğəmbərin rehlətində bir gün matəm saxlayırsınız, amma İmam Hüseynə 40 gün? Məhərrəm, Səfər və sair aylar... Bunun cavabı budur: “İmam Hüseyn din uğrunda Allaha xatir hər bir şeyindən keçib. Allah-Taala da hər bir şeyi ona verib.”
İmam Baqir və İmam Sadiq buyururlar ki, Allah İmam Hüseynin şəhadətinin qarşılığında ona nələr verib.
1. İmaməti İmam Hüseynin nəslindən qərar verib. İmam Hüseyn 9 imam atasıdır. İmamət onun nəslindən davam edib.
2. Allah İmam Hüseynin qəbrinin türbətində şifa qərar verib. Hətta peyğəmbərin qəbrinin türbəti barədə hədisimiz yoxdur. İmam Əlinin və başqa imamların türbəti barədə hədisimiz yoxdur. Hədis bizə çatdırır ki, şəfa yalnız İmam Hüsyenin qəbrinin türbətindədir.
3. İmam Hüseynin qəbrinin kənarında günbəzinin altında dua qəbul olar.
4. İmam Hüseyn (ə) zəvvarının evindən çıxaraq imamı ziyarət edib evinə qayıtması onun ömründən sayılmaz. Allah bu günləri, bu həftələri, qədimdə ayları o adamın ömründən hesablamaz.
Rüfət Məmmədov