21 Noyabr 2024 - 21
Aşura cinayətkarları İmam Hüseyni (ə) məzlumcasına qətlə yetirdilər. Özləri də Qiyamətə qədər yer və göy əhlinin lənətini qazandılar. Onlar Aşura hadisəsindən sonra xar şəkildə cəhənnəmə vasil oldular və aqibətləri də zillət oldu.
Ubeydullah ibn Ziyad (lən)
İbn Ziyad Aşura hadisəsindən əvvəl Kufənin valisi idi. İmam (ə) və tərəfdaşları onun əmri ilə şəhid edildilər. O, Ömər Sədin odusunu Kərbəlaya yola salır və imamdan beyət tələb edir. İmam da bu beyətə razı olmadığı üçün onu və tərəfdaşlarını qətlə yetirir.
İbni Ziyad Yezidin ölümündən sonra xilafət iddiasında olur. Bəsrə və Kufə əhlini bu beyətə dəvət etdi. Ancaq Kufə əhli onu və tərəfdaşlarını şəhərdən qovdular. Çünki onlar Kərbəla şəhidlərinin intiqamını almaq istəyirdilər. O, Şama qaçır və Təvvabinlərin qiyamını yatızdırmaq üçün onlarla döyüşə girir. Nəhayət o, 67-ci ildə Muxtarla döyüşlərin birində cəhənnəmə vasil edilir.
Muxtara xəbər verirlər ki, İbni Ziyad böyük bir ordu toplayıb, Kufəyə yollanmaqdadır. Muxtar kiçik bir ordu toplayır və İbrahim ibni Əştəri onun rəhbəri təyin edir. Onlar bu ordu ilə vuruşmaq üçün Şam sərhədinə gedirlər. İki ordu Mosul deyilən bir yerdə qarşı-qaşıya gəlir. Şam ordusu məğlub olur və İbni Ziyad əsir düşür. İbrahimin əmri ilə başını kəsirlər və Muxtarın yanına göndərirlər. Muxtarın qarşısına atırlar və onun qarşısında başqa qatillərin də kəsilmiş başları var idi. Kiçik bir baş təpəsi yaranmışdı. Muxtar bu başlardan gözünü çəkməmiş, bir qara ilan fırlanıb, İbni Ziyadın başının yanına gəlir. O, hazır olanların gözü qarşısında bir neçə dəfə İbni Ziyadın burnundan girib boğazından bayıra çıxdı. Muxtar bu başı Muhəmməd Hənəfiyə göndərdi. Muhəmməd də bu başı İmam Səccadın (ə) yanına aparır. Muhəmməd bu başı İmama (ə) gətirəndə İmam (ə) yemək yeyirdi. İmam (ə) onun başını görən kimi səcdə etdi və buyurdu: “Allaha şükür olsun ki, Allah mənim intiqamımı düşməndən aldı. Allahdan Muxtar üçün xeyr dua etdi. Sonra buyurdu: “O zaman ki, bizi İbni Ziyadın yanına apardılar, o, yemək yeyirdi. Atamın kəsilmiş başı yanında idi, bu zaman dedim: “Allahım! Mənə İbni Ziyadın kəsilmiş başını göstəmədən öldürmə””.
Şimr Zilcöşən (lən)
Şimr Kərbəlada olan Kufə və Şam ordusunun rəhbəri idi. Onun ən zəlil əməli imamın mübarək başını kəsmək olmuşdur. Şimr İmam Hüseynin (ə) şəhadətindən sonra Ubeydullah tərəfindən əmr alır ki, həzrətin mübarək başını Yezidə aparsın. O zaman ki, Muxtar Kufədə qiyam edir, Şimr kufəlilərin intiqamından qorxaraq, şəhərdən qaçır. Muxtar tərəfdaşlarının bəzisini onun dalınca göndərir. O, xurmalığa qaçır və Muxtar onun dalınca başqa bir dəstəni göndərir. Onlar Şimri cəhənnəmə vasil edirlər və bədənini itin qabağına atdılar.
Hərmələ ibni Əsədi (lən)
O, Şam ordusunun rəhbərlərindən biri idi. Rəhmsiz şəkildə Əhli-beyti (ə) qətl edib, qarət etməyə cəhd edir. Nəhayət Muxtarın əlinə düşür. Biləndə ki, öləcəkdir, bu sözləri deyir: “Ey Əmir! Kərbəlada olan zaman üç uclu üç zəhərli oxum var idi. Onların birini Əli Əsgərin (ə) boğazına atdım. İkincisini isə İmam (ə) köynəyini qaldırıb, üzünü silmək istəyəndə qəlbini nişan aldım. Üçüncüsü ilə isə əmisinin yanında olan Abdullah ibni Həsəni (ə) nişan aldım”. Muxtar bu sözləri onun dilində eşidəndə qərara alır ki, onu əzabla öldürsün. Minhal ibni Əmru nəql edir: “Həcc üçün Məkkəyə getmişdim. Həccdən sonra Mədinəyə İmam Səccadın (ə) xidmətinə getdim. Həzrət (ə) məni görən kimi buyurdu: “Hərmələ ibni Əsədi nə edir?” Dedim: “O, sağdır və Kufədədir”. İmam (ə) əllərini göyə açır və buyurur: “Allahım! Ona dağ olmuş dəmiri dadızdır. Allahım! Ona atəşi dadızdır!”. Qayıdandan sonra Muxtarla görüşdüm və o, mənə dedi: “Ey Minhal! Niyə bizim yanımıza gəlmirsən və bizim bayrağımız altına girmirsən? Bizə təbrik demirsən, bizim qiyamımızda iştirak etmirsən?”. Dedim: “Məkkəyə getmişdim”. Biz bir yerdə Kufə meydanına çatanda gördüm ki, kimisə gözləyir. Bir neçə nəfər gəldi və ona dedilər: “Muxtar, gözün aydın, Hərmələni tutmuşuq”. Sonra gördüm ki, bir neçə nəfər onu gətirir. Muxtar dedi: “Allaha həmd olsun ki, məni sənə hakim etdi”. Sonra cəlladı çağırdı və ona əmr verdi ki, Hərmələnin əllərini kəssin. O, belə etdi. Sonra fəryad çəkdi: “Onun ayaqlarını da kəs”. O, belə etdi. Sonra Muxtar əmr etdi: “Atəş gətirin”. Tez bir zamanda atəş yandırdılar və Hərmələni əlləri və ayaqları kəsilmiş halda bu atəşə atdılar. Bu mənzərəni görəndə dedim: “Sübhənallah!” Muxtar mənə dedi: “Allahı zikr etmək yaxşıdır, bəs niyə təsbih deyirsən?”. Ona İmamın (ə) buyurduqlarını danışdım. Dedim: “İndi İmamın (ə) duasının yerinə yetdiyinin şahidiyəm”. Muxtar soruşdu: “Həqiqətən bu sözləri İmamdan (ə) eşitmisən?” Dedim: “Bəli, Allaha and olsun”. Muxtar atdan endi və iki rükət namaz qıldı və uzun səcdə etdi. Sonra dedi: “Əli ibni Hüseyn (ə) nifrin etmişdir və Allah da onun bu nifrinini bizim əlimizlə icra etmişdir”.
İmamı (ə) şəhid edən cinayətkarlar ağır ölümlə bu dünyadan getdilər. Ömər Sədin ordusunda olan hər bir əsgər ağır xəstəliyə düçar olmuş və ya ağır şəkildə öldürülmüşdür. Misal üçün, Abdullah ibni Rəbah nəql edir: “Kor bir kişidən soruşdum ki, niyə kor olmusan?” Mənə dedi: “Aşura günü Ömərin ordusunda idim, ancaq nə ox atdım, nə nizə və nə də qılınc çaldım. İmam Hüseynin (ə) şəhadətindən sonra evə qayıtdım və işa namazını qılıb yatdım. Yuxuda bir nəfər yanıma gəldi və mənə dedi:” Allahın Rəsulu (s) səni çağırır”. Dedim: “O, məni nə edir?” Məni tutub çəkə-çəkə Peyğəmbərin (s) hüzuruna gətirdi. Gördüm ki, Həzrət (s) səhrada oturub, qollarını çıimələmışdır. Əlində silah vardı və qarşısında mələk dayanmışdı. Onun da əlində atəşdən qılınc var idi. Mənim dostlarımdan 9 nəfərini öldürmüşdü. O kəsə ki, bu qılıncdan vururdu, başından ayağına qədər alova bürünürdü. Həzrətin (s) xidmətinə getdim və dizi üstə çöküb, ona dedim: “Salam olsun sənə, ey Rəsullah!” Salamıma cavab vermədi. Uzun müddətdən sonra buyurdu: “Ey Allahın düşməni! Mənim ehtiramımı aradan aparmısan, ailəmi öldürmüsən, mənim haqqıma riayət etməmisən”. Dedim: “Ey Rəsullah! Allaha and olsun ki, nə ox və nə nizə atmışam və nə də qılıcımı çəkmişəm”. Buyurdu: “Düz deyirsən, ancaq ordunu çoxaltmısan. Mənə yaxınlaş”. Ona yaxınlaşdım və qarşısında qanla dolu təşt var idi. Buyurdu: “Bu oğlum Hüseynin (ə) qanıdır”. Sonra həmin qandan gözümə çəkdi və yuxudan durandan sonra heç nəyi görmürəm”.
Yezid ibni Müaviyə (lən)
Yezid ibni Müaviyə imamın beyətini ala bilmədiyi üçün əmr edir ki, onu öldürsünlər. Yezidin necə ölməsi haqqında müxtəlif nəzərlər vardır. Onlardan ən məşhur olanı bu variantdır.
Yezid öz qələbələrindən çox iftixarlanır və fəxr edirdi. Bir gün öz tərəfdaşları ilə bir yerdə səhraya gedir və ov etmək istəyir. Onlar iki gün yol gedirlər, Dəməşqdən uzaqlaşırlar. Bu zaman bir ceyran görürlər. Yezid ordusuna öz şücaətini göstərmək istəyir və onlara deyir: “Heç kim mənim ardımca gəlməsin, mən özüm onu tutacağam”. Ceyran onu dəhşətli bir dərəyə tərəf çəkir. Yezid susuzlayır və bu zaman bir nəfər görür ki, kuzədə su aparır. Ondan su istəyir və həmin kişi onun adını soruşur. O, da özünü tanıdır və Yezid olduğunu söyləyir. Kişi onun adını eşidən kimi onu öldürmək istəyir və bu zaman Yezid qaçır. Birdən ayağı yəhərə ilişir və at onu sürüməyə başlayır. O, bu yolla cəhənnəmə vasil olur.
Sənan ibni Əns (lən)
Sənanı İbrahimin yanına gətirən zaman İbrahim ona deyir: “Vay olsun sənə! Deyə bilərsən Kərbəlada Aşura günü nə etmisən?” Sənan dedi: “İmam Hüseynin (ə) paltarının bir parçasını götürmüşəm”. İbrahim ağlamağa başlayır. Əmr edir ki, onun ayağının ətini tikə-tikə etsinlər. Nəhayət cəhənnəmə vasil olur.
Ömər ibni Səd (lən)
O zaman ki, Öməri Muxtarın yanına gətirirlər, Muxtar üzünü ona çevirib deyir: “Hüseynin (ə) südyeyən körpəsini sən öldürmüsən? Allah üzünü qara etsin. O zaman ki, İmam (ə) Kərbəlada yerə düşür, nə buyurdu?”. Ömər dedi: “Allahım! Səqəfi nökərini onlara hakim et ki, onların qanını töksün”. Muxtar ayaqqabısını geyindi və Ömərin üzünü ayaqqabısının altında əzdi. Sonra əmr edir ki, başını kəssinlər.
Husin ibni Numeyr (lən)
Bu o kəs idi ki, imamın mübarək bədəninin üzərində at çapmışdı, Yezid ordusunun bir hissəsinə rəhbərlik edirdi. Onu Muxtarın yanına gətirəndə Muxtar dedi: “Allaha həmd olsun ki, məni səni tutmağa müvəffəq etdi”. Sonra onu cəhənnəmə vasil etdilər.
Şərcil (lən)
Bu, o kəs idi ki, Aşura günü imamın başının arxasından onun mübarək üzünə sillə vurmuşdu. Muxtar onu da tutanda Allaha şükür edir və onu da cəhənnəmə vasil edir.
Allah Qaimin (ə.f.) qiyamını tezləşdirsin və imamın intiqamını alsın.
/Deyerler.org/Həvzəh/