23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Pak və təqvalı olmaq dərsi
01.12.2017

Elə bilməyin ki, Əməvi xəlifələri Zühri kimilər üçün hazırladıqları planlardan İmam Səccad (əleyhissəlam) üçün hazırlamırdılar. Xeyrə onlar bu cür planlardan çox çəkirdilər ancaq İmam Səccad (əleyhissəlam) onların bu kələklərinə uymur, hədələrindən qorxmayıb şirnikdirmələrinə aldanmayaraq onlara qarşı etinasızlıq edirdi. Nə vaxt o Həzrəti cəlb etmək fikrinə düşürdülərsə İmam Səccad (əleyhissəlam) onlara rədd cavabı verirdi. Aşağıdakı iki nümunə bu məsələyə doğru şahiddir: Əbdülməlik öz xəlifəlik illərində bir dəfə həccə getmişdi. Həcc mərasimində o təvaf 120 edirdi. İmam Səccad (əleyhissəlam) da, onun qarşısında təvafa məşğul idi və Əbdülməlikə heç bir etina etmirdi. İmam Səccad əleyhissəlamı yaxından görməyən və onu tanımayan Əbdülməlik dedi: "Bu kimdir ki bizdən qabaqda təvaf edir və bizə heç etina etmir?" Dedilər ki o Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır). Əbdülməlik bir qırağda oturub dedi: "Onu mənim yanıma gətirin!" İmam Səccad (əleyhissəlam) onun yanına gələndə Əbdülməlik dedi: "Ey Əli ibn Hüseyn (əleyhissəlam)! Mən ki, sənin atanın qatili deyiləm niyə mənim yanıma gəlmirsən?" İmam Səccad (əleyhissəlam) buyurdu: "Atamın qatili onun dünyasını puç etdi atam isə onun axirətini bərbad etdi. İndi sən də əgər atamın qatili kimi olmaq istəyirsənsə onda ol!" Əbdülməlik dedi: "Yox məqsədim budur ki bizim yanımıza gəlib dünyəvi imkanatdan bəhrələnəsən." Bu vaxt İmam Səccad (əleyhissəlam) yerə oturub paltarının ətəyini açaraq buyurdu: "İlahi Öz övliyalarının qədir-qiymətini ona göstər." Birdən gördülər ki o Həzrətin ətəyi gözləri qamaşdıran parlaq gövhərlə doldu. Sonra İmam Səccad (əleyhissəlam) buyurdu: "İlahi bunları götür bizim onlara ehtiyacımız yoxdur."121 Əbdülməlikə xəbər çatmışdı ki Peyğəmbərin qılıncı Əli ibn Hüseyn əleyhissəlamdadır. (Bu da çox yaxşı şey idi. Çünki Peyğəmbərin yadigarı olduğuna görə fəxr olunası bir şey idi. Üstəlik bir növ hökumət simvolu hesab edilə bilərdi. Bundan da əlavə, o qılıncın İmam Səccad əleyhissəlamda olması Əbdülməliki narahat edirdi. Çünki İmam (əleyhissəlam) bununla camaatı öz ətrafına yığa bilərdi. Buna görə də, Əbdülməlik o Həzrətin yanına adam göndərib qılıncı ondan istədi. Hələ İmam Səccad əleyhissəlama bir məktub da yazıb bildirdi ki əgər bir işi olsa, xəlifə onu yerinə yetirməyə hazırdır. İmam Səccad (əleyhissəlam) qasidə rədd cavabı verdi. Əbdülməlik təhdidamiz bir məktub yazıb bildirdi ki əgər qılıncı verməsən sənin beytül-maldan olan payını kəsəcəyəm. (O vaxt bütün camaat beytül-maldan pay aldığı kimi İmam Səccad (əleyhissəlam) da beytül-maldan pay alırdı.) İmam onun cavabında yazdı: Allah təqvalı bəndələri onların xoşuna gəlməyən şeylərdən qorumağı və gümanlarına belə gəlmədiyi yerdən onlara ruzi verəcəyini Öz öhdəsinə götürmüşdür. Allah Quranda buyurur ki "Allah həqiqətən heç bir xaini nankoru sevməz."

Mehdi Pişvayi

"İmam Zeynəlabidin (ə)-ın həyatı" kitabı