21 Noyabr 2024 - 21
Yaxşılığı və yaxşı insanları təşviq, pisliyi və pisləri tənqid etmək, əgər yerindədirsə və şəxsi qərəzdən uzaq baş verirsə, cəmiyyətin islah olunmasında və təkmilləşməsində iki güclü və tə`sirli amildir. Böyük şəxsiyyətlər, pislikdən və pis şəxslərdən qaçdıqları ilə yanaşı, hər yaxşını və yaxşılıqları təşviq etməkdə sə`y göstərirlər. Fərdlərə və əşyalara e`tinasız yanaşamaq, lazım olan yerdə tə`rif və tənqid dilindən məhrum olmaq, ya mə`rifətsizlik, ya bədniyyətlilik və ya qərəzçilik və fəziləti gizləmək nişanəsidir. Əbdürrəhman Sami adlı bir müəllim şəhidlərin sərvərinin övladlarından birinə "Fatihə" surəsini öyrədirdi. Uşaq İmamın hüzurunda surəni çox kamil şəkildə qiraət etdiyi zaman İmam Hüseyn (əleyhissalam)-ın çox xoşu gəldi. Müəllimi təşviq və Qur`anı öyrətmək məqamını təqdir etmək üçün göstəriş verdi ki, o Qur`an müəlliminə mükafat və böyük xələt versinlər, özü isə ona faxir və qiymətli libaslar bağışladı və bahalı dürr əta etdi. Dardüşüncəli şəxslərdən biri buna e`tiraz etdi və Qur`anın bir surəsi müqabilində bu bəxşişi və mükafatı böyük və həddindən çox saydı. Deyəsən e`tiraz edən şəxs bu məsələni bazar, al-ver qiyməti ilə müqayisə etdi. Ancaq elm və Qur`an evində böyümüş şəhidlərin sərvəri elmin, mə`rifətin və Qur`anın əzəmətini nəzərə aldı və belə buyurdu: "Axı bu miqdarda hədiyyə hardan onun tə`lim haqqını ödəyə bilər?" Sonra o, səxavəti, bəxşişi tə`rif və xəsisliyi məzəmmət edən bu şe`rləri oxudu: "Dünya öz səxavət əlini sənə uzadanda, sən də dünyada səxavətli ol; Sərvət əlindən çıxmamış sən də bütün insanlara qarşı həssas ol. Bil ki, dünya sənə xoş üz göstərəndə, səxavət sərvəti məhv etmir. Əgər dünya sənə arxa çevirsə, xəsislik sərvəti saxlaya bliməz."
Əhməd Sabiri Həmədani