23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin bizə öyrətdiyi ən böyük həyat dərsi izzətli olmaqdır
19.10.2018

Görəsən Məhərrəmlik ayında, Aşura ərəfəsində biz İmam Hüseyn məktəbilə nə qədər həmahəng yaşayırıq və İmam Hüseyn məktəbindən hansı dərsləri alırıq?

Bizim İmam Hüseyn məktəbindən aldığımız əsas dərs İmamın özündə, məktəbində və Aşurasında olan izzət dərsidir.

İmam Hüseynin sözlərinə baxanda görürük ki, buyurur: "İzzətlə, şərəflə olan ölüm zillətlə olan həyatdan, yaşayışdan qat-qat daha xeyirli və daha əfzəldir”. İmamın uşaqlığına da baxanda görürük ki, həm babası həzrət Peyğəmbər (s) yanında, həm həzrət İmam Əli (ə) yanında, həm də anası həzrət Fatimə (ə) yanında əziz və izzətli olub. Uşaqlığından izzətlə yaşamış bir insan məntiqində də, sözündə də izzət daşıyır. Hətta İmamın həyatında izzət faktoru elə bir həddə çatıb ki, bir çox alimlər, tarixçilər qeyd ediblər ki, əgər Aşura ilə bağlı hər hansı məsələnin qondarma, xurafat, Aşuraya sonradan artırılma olub-olmadığını, yaxud həqiqət olub-olmadığını müəyyənləşdirmək üçün bir məsələyə diqqət yetirmək kifayət edər. Aşura adı ilə deyilən mərsiyə, nəql olunan hadisə əgər izzət məsələsilə ziddiyyət daşımırsa, deməli, bu məsələ həqiqətə uyğundur. Yox, əgər bir məsələ, yaxud tarixi hadisə, hansısa mərsiyə, İmamın dilindən nəql edilən hər hansı bir hədis izzət prinsiplərinə zidd olarsa, deməli, o həqiqət sayılmır.

Cəlal Şəfiyev