21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura məktəbindən öyrəndiyimiz budur ki, Allahı yada salmaqla qəlbimiz aramlıq tapar
02.11.2018

Aşura məktəbindən öyrənəcəyimiz və bəlkə də hər bir zaman, xüsusilə bugünkü modern dünyamızda ehtiyac duyduğumuz əsas məsələ aramlıq dərsidir, sükunət dərsidir. Yəni qəlbin sakitliyi, ürəyin aramlıq tapması, xatircəm olması. İmam Hüseynin məktəbində o aramlığı görürük.

Bunun səbəbi nədir? Səbəbi nədir ki, İmam Hüseynin Aşurasında ən çətin anlarda, ən çətin müsibətin içərisində belə aramlıq görürük, sakitlik görürük, xatircəmlik görürük?

Bunun bir səbəbi var - Allahı yada salmaq. Quran buyurur: “Agah olun, yalnız Allahı yada salaraq qəlblər aramlıq tapar, qəlblər sakitləşər”. Bu yolla ən çətin zamanlarda, ən qızğın, ən kəskin müsibətin içərisində siz aramlıq tapa bilərsiniz. O çətinliklərin, vəlvələlərin içərisində belə siz aramləq taparsınız.

Necə? Ancaq Allahı yada salaraq! Allah görür, Allah eşidir, Allah bizimlədir, Allah bizi tək qoymaz, Allah yaxşı bəndələrini tək buraxmaz. Bunları yada salmaq, yəni sakitlik, qəlbin aramlığı deməkdir. Bizim bu əsrdə buna necə də böyük ehtiyacımız var. Qəlbimiz ara olsun, ürəyimiz sakit olsun.

Biz bunu Aşura məktəbində görürük. İmam Hüseyn ilk hərəkatından - evindən çıxdığı zaman özü ilə ailə-uşaqlarını götürür, yəni xatircəmdir. Şəhid olacağınıda bilir, hər şeydən də xəbəri var, amma xatircəmdir. Çünki Allah istəyib. Bu aramlığın özü, bu xatircəmliyin özü İmam Hüseyn məktəbində mövcuddur.

Tofiq Əsədov