23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Aşura Quran kimi furqandır, haqq ilə batili ayırandır
05.11.2018

Aşura demək olar ki, bir furqandır (fərqləndirən - red.). Necə ki, Qurani-Kərimin adı Furqandır. Bildiyimiz kimi Quranın 114 surəsindən birinin adı “Furqan” adlanır, hətta ümumilikdə Quranın özünü də Allah-Taala Furqan adlandırır.

Furqan fərq qoyan deməkdir. Həqiqətən də, Qurana nəzər saldıqda, onun ayələrini mütaliə etdikdə biz bu İlahi və səmavi kitabın haqq ilə batilin, düz ilə əyrinin, halal ilə haramın arasında fərq qoyub insanlara açıq-aydın şəkildə təqdim etmısinin şahidi oluruq.

Necə ki, Quran furqan hesab edilir, Aşura məktəbi də, İmam Hüseynin Aşurası da sözün həqiqi mənasında bir furqan rolunu oynayır. Yəni əgər bu məktəbə insan diqqətlə baxıb həzrətin bu hadisələr zamanı atdığı addımları və dediyi sözləri mütaliə edərsə, doğrudan da haqq ilə batilin, öz yaşadığı dövründən, zəmanəsindən asılı olmayaraq hansı addımı atmasını, kimlə necə davranmasını o həzrətdən öyrənə biləcəyinin şahidi oluruq. Aşura, həqiqətən də, bir furqandır və bir unudulmaz məktəbdir.

Vasif Niftullayev