24 Noyabr 2024 - 24
İmam Hüseyn (ə) üçün əza saxlamaq və Həzrətin (ə) müsibətinə görə göz yaşı tökmək İmam Hüseyn (ə) aşiqinin qəlbində olan məhəbbətdən irəli gələn əməllərdəndir. İnsan göz yaşı tökərək, İmama (ə) olan məhəbbətini artırar və İmamın (ə) düşmənlərinə nifrət edər. Dinimiz buyurur ki, əgər əza məclisi saxlayırsansa, bunu İmama (ə) mərifətlə saxla. Yəni, İmam (ə) haqqında kamil agahlığın olandan sonra İmam (ə) üçün əza saxla. İmamın (ə) necə şəxsiyyət olduğunu tanı, onun ali məqamından xəbərdar ol. Əgər bu cür əza saxlasan, sənin üçün faydalı olar, əks halda bu əzanın dəyəri olmaz. İmama (ə) əza saxlamağın çox sayda bərəkətləri vardır ki, onların bəzisi ilə tanış olaq: 1. Dinin həqiqəti ilə tanış olmaq. Hər kim İmamın (ə) əza məclislərində iştirak edər, İslamın həqiqətləri ilə tanış olar və İmam (ə) haqqında olan mərifəri artar. İnsan dərk edər ki, Quran və itrət bir-birindən ayrılmaz iki dəyərli yadigardır ki, Peyğəmbər (s) bizim üçün qoyub getmişdir. 2. Günahlar bağışlanar. İmam Rza (ə) buyurur: "Əgər Hüseynə (ə) ağlasan, o halda ki, göz yaşın üzünə axar, Allah sənin kiçik və böyük, az və çox günahlarını bağışlayar". 3. Behiştdə sakin olmaq. İmam Baqir (ə) buyurur: "Hər bir mömin ki, Hüseyn (ə) matəmində gözündən yaş tökər, o həddə ki, üzünə axar, Allah onu uzun zaman behişt otaqlarında sakin edər". İmam Sadiq (ə) buyurur: "Hər kim Hüseyn (ə) haqqında şeir oxuyar və ağlayar və bir nəfəri ağladar – behişt hər ikisi üçün yazılar. O kəs ki, Hüseyn (ə) onun yanında yada salınan zaman milçəyin qanadı qədər göz yaşı tökər – əcri Allah yanındadır və onun üçün behiştdən başqasına razı olmaz". Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: "Hər kim Hüseyn (ə) əzasında ağlayar və ya başqasını ağladar və ya özünü ağlamağa vurar, behişt ona vacib olar". 4. Şəfa tapmaq. İmam Hüseyn (ə) məclislərinin bərəkətlərindən biri də budur ki, bu məclislərdə şəfa tapmaq olur. Mərhum Ayətullah Birucerdi 90 yaşına qədər sağlam gözlərə malik olmuşdur və özü bu haqda belə buyurur: "Bu nemətə görə Həzrət Əba Abdullah Hüseynə (ə) borcluyam". Alim gözünün xəstə olduğunu bəyan edir və şəfa tapmasını İmama (ə) keçirilən əza məclislərinin birində əzadarların ayaq torpağından götürüb gözünə çəkməsi ilə izah edir. O gündən bəri İmamın (ə) mübarək varlığının sayəsində eynək taxmadan yaşamışdır. 5. Qiyamət günü şad olmaq. Həzrət Peyğəmbər (s) Həzrət Zəhraya (s.ə) buyurur: "Hər bir göz Qiyamət günü ağlardır, məgər o gözdən başqa ki, İmam Hüseyn (ə) müsibəti üçün ağlayar. Bu cür insan Qiyamət günü behişt nemətlərinə şad olar". 6. Can verməyin çətinliyindən azad olar. Məsmə nəql edir ki, İmam Hüseynə (ə) göz yaşı tökməyimlə bağlı İmam Sadiq (ə) mənə buyurdu: "Allah göz yaşına rəhmət etsin, agah ol ki, sən o şəxsən ki, bizim üçün qəm əhli hesab olunursan. Bizim şadlığımızla şad, qəmimizlə qəmgin olursan. Agah ol ki, tezliklə ölüm zamanı atalarımı başının üstündə hazır görəcəksən. O halda ki, sənə diqqət edir və ölüm mələyinə sənə görə müjdə verirlər. O zaman görəcəksən ki, ölüm mələyi (sənə qarşı) övladına qarşı hər bir mehriban anadan daha mehriban olacaqdır".
Deyerler.org