21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Bütün bəşəriyyətin ehtiyac duyduğu dərslər Aşura məktəbindədir
14.11.2018

Aşura insanlıq ensiklopediyasıdır, onu vərəqlədikcə insanın kimliyini, nəyə qadir olduğunu daha gözəl anlamaq mümkünləşir.

Əgər Aşuranı məktəb kimi yalnız bir cəmiyyət üçün xülasələşdirsək, o zaman həm kərbəlada şəhid olanların, həm də kərbəladan sonra əsir düşənlərin haqqını aradan aparmış sayılarıq. Bu məktəb mədəniyyətindən, həyat və yaşam tərzindən aslı olmayaraq bütün bəşəriyyət və millətlər üçündür. Həm də bir millətin bu məktəbdən götürəcək kifayət qədər həyat dərsi vardır. Bir insan, bir də onun qarşısında duran dəyərlər mövcuddur. Əgər o dəyər insan tərəfindən verilibsə, tənqid oluna və ya digərləri tərəfindən bəyənilməyə bilər. O cümlədən digərləri üçün dəyər olmaması da mümkündür. Amma Allah tərəfindən verilən dəyərdirsə, demək bütün dünyaya bəxş edilib.

Bu gün Azərbaycanda Kərbəlanı və Aşura məktəbini bir sahəyə aid edib, digər sahələrdən ayırsaq haqsızlıq olar. Kərbəla bizə necə vətəni sevmək, necə ana olmaq, necə bacı olmaq, necə qardaş olmaq, necə dost olmaq, necə övlad olmaq dərsini verir. Bu dərslərə nəinki bütöv bir cəmiyyətin, hətta dünyanın yaranan gündən ehtiyacı var. Bu gün məhz bəşəriyyətin, o cümlədən Azərbaycan insanının ehtiyacı olduğu dərslər məhz Aşura məktəbində əks olunub. Əgər biz necə vətəni, qardaş və bacını sevməyi, necə ana olaraq övlad tərbiyə etməyi Kərbəladan öyrənsəydik, bu gün Qarabağı itirməzdik. Valideynlərimizin qəbri düşmən tapdağında olmaz, bacılarımız əsir düşməz və qardaşlarımızın qanı yerdə qalmazdı.

Emil Rahiloğlu

/İslaminsesi/