21 Noyabr 2024 - 21
Hüseyn şəxsiyyəti Kərbəlası ilə, Aşurası ilə insanlara dərs keçdi. O zaman ki, hamı sakit idi, din ayaqlar altına düşmüşdü heç kim səsini çıxartmırdı, İmam Hüseyn otuz min qoşun qarşısında səsini çıxartdı. İmam Hüseyn (ə) bu düşüncə ilə, insanlara hürriyyət, insanların mənliklərini, şəxsiyyətlərini, şərəflərini qorumaı bunda görürdü ki, zalım ilə, cinayətkar ilə beyət etməsinlər və cinayətkarın, zalımın önündə durmağı bacarsınlar. İmam Hüseyn bunu özünə səadət bilirdi. Səadət budur ki, insan zülm, haqsızlıq dayana və bu yolda ölə. Budur insan üçün xoşbəxtçilik və səadət. Amma insan zülmə etiraz etmirsə, zülm qarşısında dayanmırsa, cinayətkarlara etiraz etmirsə bu İmam Hüseyn (ə) məktəbində, məntəqinidə zillətdən ibarətdir.
İmam Hüseyn övladı İmam Səccadı Kufəyə əsir şəklində gətirəndə İbn Ziyad baxdı, imam dedi bunu niyə saxlayıbsınız? Niyə bunu öldürmürsünüz? İmam Səccada hücum etdilər amma Həzrət Zeynəb (ə) müdafiə etdi. İmam Səccad (ə) İbn Ziyada dedi: Ey cəllad, ey qatil sən məni təhdid edirsən? məni ölümlə hədələyirsən? Sən hələ anlamayıbsan ki, ölüm bizim üçün adət və bizim böyüklüyümüz şəhadətdən ibarətdir. Bu Kərbəlanın, Aşuranın bizlərə verdiyi mesajlardır. Və Aşura məktəbində, Aşura əzadarlığında bərpa olunan bütün mərasimlər qeyd olunmalıdır.
Qədir Məmmədov