21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Bu faciəyə təəssüflənmək belə zikr sayılır
24.11.2018

Nəql edirlər İmam Səccad (ə) həmişə ağlayardı. Hətta bazarda bir heyvanın kəsilməsini görərkən deyərdi ki, bu heyvanı kəsmədən öncə su verdinizmi? Bu cür tarixi hadisələr nəql olunub. Amma İmam Səccad insanların gözündən gizlin olaraq səhralara gedərək alnını torpağa qoyub İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün hönkür-hönkür ağlayardı. İmam Səccad atası İmam Hüseyn üçün 40 il ağlayıb.

Bəlkə də bu mövzuları təhlil etmək üçün müxtəlif asbektlərdən yanaşmaq olar amma bu göz yaşında ayrı bir sirr var. Sanki Allah bəndəsini bu simada, bu şəkildə daha çox əzizləyir və dəyər verir. İmam Sadiq (ə) buyurur ki, Allahın yanında ən əziz və sevimli göz İmam Hüseynə ağlayan gözdür. Allahın yanında ən dəyərli göz yaşı İmam Hüseyn üçün tökülən göz yaşıdır.

Digər bir hədisdə İmam Sadiq (ə) buyurur ki, hər kəs bizim başımıza gələn zülm üçün təəssüf hissi keçirərək nəfəs ala zikrdir. Və bir şəxs bizim başımıza gələn hadisə üçün qəmlənərsə, qüssələnərsə o insanın bu qüssəsi ibadət sayılar. Bizim o əmanətləri, sirləri İmam Hüseynin bizə tövhə etdiyi dəyərlər əslində sirlərdir, dəyərlərdir, əmanətlərdir. Bilirsiniz ismətin iki xüsusiyyəti var və ya ismət o şəxsə verilər ki, əmanətdar ola bilsin. Allah hər kəsi imam etmir. O şəxs İmam olur ki əmanətdar olsun. Yəni Allahın sirrini özündə saxlaya bilsin. Qeybi bilikləri özündə saxlaya bilsin. İmam Hüseyn (ə) Kərbəla hadisəsində həm batini, həm zahiri aşkar etdi. Vəhtəd nümayiş etdirdi. İslamın batini ilə zahirininin vəhdətini insanlara nümayiş etdirdi. Bir sirr idi ki, aşkar oldu. Həqiqət Kərbəlada özünü əks etdirdi.

Elman Rəsulov