23 Noyabr 2024 - 23
Həzrət Əli buyurur ki, “O zaman Allah insanı, məxluqatı bir cür yaratdı ki, onların ibadət və itaətinə Allahın ehtiyacı yoxdur. Və onların günah etməsindən Allaha bir zərər gəlməz. Allah öz işini özü görəcək. Amma bizim məsuliyyətimiz, vəzifəmiz nədir? Biz Aşuranın müqabilində İmam Hüseyn məktəbinin müqabilində biz nə etməliyik? Bizim vəzifəmiz nədir? Mən qısa olara iki məsələ üzərində daynmaq istəyirəm. Əzizlərim birinci məsələ budur ki, bu əzadarlıqların yaşamasıdır. Hər bir şeyin bir forması və məzmunu var. Təbii ki ilk növbədə əzadarlıqların forması və mövcud olan əza məclisləri İmam Hüseynə ağlamaq əza saxlamaq yaşadılmalıdır. Amma eyni zamanda qeyd etmək lazımdır bu əzadarlıqların iki mənası var. Birinci bizim bir insan olaraq, bir aşiq olaraq şəxsi hisslərimizidir. Eşqimizdən doöan bir hissdir. Dünyada elə bir insan tapa bilmızsiniz ki, evdiyi insanın kədərində kədərlənməsin. Yalan deyir o insanlar ki, biz Peyğəmbəri və Əhli-beyti sevirik amma Əhli-beytin matəm günündə əzadar olmaq əvəzinə sevinc, bayram hissi yaşayırlar. Dünyada eə bir normal insan ola bilməz ki, əzizi dünyadan gedəndə faciə baş verəndə desin gülsün bayram etsin. Bu bizim tıbii bir hissimizdir. Mən təəccüb edirəm bu iradlara. Təəccüb edirəm bu əzadarlıqların, bu ağlamağın içərisində xüsusi bir fəlsəfə axdarmaqın mənası yoxdur. Bu ən təbii hissimizdir. Və 1300 il bundan əvvəl zülm olunmuş südəmər körpəyə ağlayan millət dünyada ən ali ehtirama layiqdir. O millət bəşəriyyətə nicat verə biləcək bir dəyərə malikdir. əgər bir insan 1300 il bundan əvvəl bir körpəyə zülm olumasına göz yaşı axıdırsa ən yüksək ən ali şərəfə malik olan millətdir. Amma əzizlərim eyni zamanda bu əzadarlıqların, göz yaşlarının bir təbliğ, mesaj tərəfidə var. Elə İmam Hüseyn məktəbi Aşura günündən başlayaraq bu günə qədər bu göz yaşları ilə yaşayıb və gəlib çıxıb. İlk əzadar Xanım Zeynəb, İmam Səccad və Əhli-beyt olub.
Mətləb Bağırov