21 Noyabr 2024 - 21
Kərbəla hadisəsindən aldığımız dərslərdən biri də azadlıq dərsidir, insanlara əsarət altında yaşamağın pis bir şey olduğunu bildirməkdir.
Aşura hadisəsi heç bir səbəbə görə, heç gücə görə öz azadlığını əldən verməyə icazə vermir. İnsan azad düşünməlidir. Zalımların insanlara qarşı ilk hiyləsi onların azadlığını, düşüncə azadlığını əllərindən almaqdır.
Heç bir bağlantıya gör, heç bir gücə görə insanların azadlığını verməyə icazə vermir Aşura hadisəsi. İnsan azad düşünməlidir. Zalimlərin insanlara qarşı birinci hiyləsi onların azadlığını, düşünə bilmək mahiyyətlərini əllərindən alırlar.
İnsanın digər varlıqlardan əsas fərqi düşünməkdir. Zalımlar da məhz azad düşüncəni insanlardan alırlar, çünki azad düşünə bilən insan zalımın zülmünə boyun əyməz. Aşura hadisəsi bizə azadlığı öyrədir.
İnsan azadlığını necə əldə saxlamalıdır? Aşura azadlığın qiymətinin, hətta insaın canından da üstün olduğunu başa salır. Aşura böyük dərsdir. Aşura bizə bunu öyrədir ki, heç bir bağlılığın qarşısında azadlığınızı əldən verməyin.
İmam Əli buyurur: “Heç kimin bəndəsi olma, Allah səni azad yaradıb. Əgər bəndəlik etməyə ləyaqəti olan varsa, o da tək Allahdır”. Yezidin dövründə törədilən cinayətlərin hamısı buna görə idi ki, insanlar azadlıqdan məhrum idilər. Yezidin qoşununda vuruşanlar deyirdilər biz sadəcə məmuruq, nə əmr olunursa, onu icra edirik. Bu gün də bu sözləri deyirlər.
İmam Hüseynin məktəbi “mənə nə əmr olunursa, onu edəcəyəm” anlayışını öyrətmədi. Bu, insanlığa layiq bir iş deyil. Bu kiçilməkdir, insani dəyərlərdən vaz keçməkdir. Belə bir düşüncə İslam ümmətində olmamlıdır.
Əlihüseyn Nuriyev