21 Noyabr 2024 - 21
"Hüseyn (ə), beynəlxalq sevgi" kampaniyasının və "Yeni üfüq" konfransının dəvəti ilə bu ilin Ərbəin yürüşündə iştirak edən İngiltərə müsəlman media fəalı xanım Katerin Şakdam İraqdan qayıtdıqdan sonra məşhur Hafinqton Post saytında məqalə ilə çıxış etmişdir.
"Bu il noyabr ayında İraqda milyonlarla kişini, qadını və uşağı bir yerə toplayan ən böyük ziyarət. İraq Baş Naziri ofisinin verdiyi məlumata görə bu il ən azı 14 milyon nəfər İslam peyğəmbərinin (s) nəvəsi İmam Hüseynin (ə) şəhadətini bir daha anmaq üçün müqəddəs Kərbəla şəhərinə yollanmışdır.
İraqın yaxın bir neçə aya qədər İŞİD-in mühasirəsində olmasını nəzərə alsaq, çox az adam belə bir şedevrin əzəmətini dərk edə bilər. Bəli, Ərbəin ziyarəti vəhşət və zülmün qələbə fəryadından daha yüksəkdə duran bir şeydir. Həmçinin, o, dini pəhrizkarlığın başqa bir təcəllasıdır. Ərbəin İslamın ortaya qoyduğu ən yaxşı şeydir. Bu yürüş bütün bəşəriyyəti sülhə və hər növ zülm və təcavüzə qarşı yekdilliklə ədalət tələb etməyə dəvətdir.
Ərbəin, Hüseyn ibn Əli (ə) adlı bir şəxsin anım mərasimidir. O Hüseyn ki, təkbaşına təəssübkeş və qəzəbli bir ordu qarşısında dayandı. İstibdadı ələ saldı ki, insanlar şərafətlə və azad şəkildə həqiqətin arxasında dayansınlar, zülmü yensinlər.
Tarixin qəhrəmanlarının sayı çox olsa da heç biri İmam Hüseyn (ə) qədər fədakarlıq və eşq bəxş etmir. Heç biri İmam Hüseyn (ə) qədər cəmiyyətləri, xalqları və bayraqları öz sevgisinə həsr etmir. Ərbəin ən böyük şiə ayinlərindən biri olsa da yalnız şiələrə məxsus deyil. O, bütün xalqlara, bütün dinlərə və bütün zamanlara aiddir. Ərbəin, elə bir yerdir ki, bütün bəşəri fərqlər bir kənara qoyulur və biz, bəşəri topluluğumuzu və vəhdətimizi qoruyuruq. "Ədalətdə azadlıq" adlı əzəmətli bir ideyanın bayrağı altında bəşəri həmrəylik".