21 Noyabr 2024 - 21
İmam Zeynəlabidin növhəxanları, rövzəxanları evinə dəvət edərdi ki, İmam Hüseynə rövzə oxusunlar, əza saxlayıb ağlasınlar.
Bir gün əza məclislərinin birində gördülər ki, İmam Səccad məclisin ortasında qalxdı və harasa getdi. Məclis bitənə qədər imamı görmədilər. Əzadarlar, imamın dostları narahat oldular və çölə çıxdılar ki, görsünlər imam haradadır. Gördülər ki, Peyğəmbər övladı, İmam Hüseynin qəlbi dağlı oğlu İmam Səccad əzaya gələnlərin çarıqlarını cütləməklə məşğuldur. Dedilər, ey Peyğəmbər balası, atamız, anamız sənə fəda olsun, biz qala-qala rəvadırmı bu işlə siz məşğul olasınız? İmam buyurdu, mən fəxr edirəm, mən intizarındayam ki, Hüseynin əzasına gələnlərin çarıqlarını cütləyim, çarıqlardan tökülən tozu silib təmizləyim.
Biz çox əzəmətli bir günü qeyd edirik. O günü ki, zalımın fitnəsini aşkar edibdir. O günü ki, məzluma nədən ötrü zülm olunursa, o səbəbləri açıqlayır. O günü ki, məzlumu izzətli olmağa dəvət edir, o günü ki, məzlumun izzətindən ötrü imam öz pak qanını tökübdür, pak qanını, balalarını, yari-ənsarını və əzizlərin fəda edibdir ki, müsəlmanlar izzətli olsunlar.
Nuhbala Rəhimov