23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Aşura hadisəsi üçün niyə əza saxlayırıq?
09.01.2019

Cəmiyyət İmam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların müvafiq hisslərinə təsir edən amillərin araşdırılması zəruri məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə də insanların bu kimi duyğularına təsir edilməsi mümkündür. Biz imamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik mərasimlərində də xalqın daxili duyğularının həyacana gəldiyini dəfələrlə müşahidə etmişik. Üçüncü sual budur ki, duyğuların təhrik edilməsində bu kimi şən mərasimlərdən istifadə olunurmu? Niyə ağlamalıyıq, sinə vurmalıyıq? Gəlin bunların əvəzinə bayram məclisləri keçirək, şirni, noğul paylayaq, mədhnamə oxuyaq və s.

Cavabı budur ki, insanların qəlbi, duyğu və hissləri fərqli xüsusiyyətlərə malikdir. Hər növ hiss və duyğunu ona müvafiq mövzu ilə təhrikə gətirmək olar. İslam tarixində ən böyük rol ifa edən hadisə Kərbəla faciəsi olmuşdur. İslam tarixinə istiqamət verən də İmam Hüseyn (ə) olmuşdur. İnsanları Qiyamətə qədər haqq yoluna istiqamətləndirən, müqavimət göstərməyi öyrədən, mübarizə məktəbini quran da o olmuşdur.

Həmin xatirələrin yenidən yaşanması üçün ancaq şənlik məclisləri, bayram tədbirləri yetərmi? Bunun üçün o hadisəyə münasib tədbirlər görülməlidir. Yə᾿ni, xalqı o hadisəyə uyğun hüzndə saxlayan işlər görülməli və bu xatirələrə təsəlli və təskinlik gətirən göz yaşları axıdılmalıdır. Bu hadisədə belə bir rolu ifa edəcək vasitə də həmin əzadarlıq mərasimləridir. Gülmək və şənlənməklə heç vaxt bu təəssüratı yarada bilmərik. Gülmək, heç vaxt insanı şəhidlik ruhunda saxlaya bilməz. Heç vaxt insanı Şələmçənin (Qarabağın) azadlığı uğrunda döyüşə səsləmir. Gülmək, heç vaxt xalqa müharibənin yaratdığı ağrı-acıya, müsibətlərə dözməkdə təskinlik ola bilməz. Belə fədakarlıqlar üçün göz yaşlarında suvarılan, sızlayan qəlblərdən qol-budaq atan ilahi eşq lazımdır. Bütün bunlar Aşura məktəbində yetişir.

Mizbah Yəzdi