23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseyn üçün keçirilən mərasimlərin təsir və əhəmiyyəti
26.01.2019

Dünyanın ən ucqar nöqtələrində belə, Məhərrəm və Səfər aylarında, xüsusilə də Aşura günündə belə mərasim proqramları təşkil edilir. Dünyanın iri şəhərlərindən biri olan NyuYorkun özündə belə, Aşura günü o şəhərdə məskən salmış müxtəlif ölkələrdən olan müsəlmanlar bütün xalqın diqqətini özünə cəlb edəcək dərəcədə əzadarlıqlar keçirirlər. O gün Nyu-Yorkun ən böyük xiyabanları insanlarla dolu olur. Hətta şiələrdən əlavə, sünnü məzhəbli müsəlman ölklərində də Aşura günü bu cür mərasimlər keçirilir. Və ya şiələr təşkil etdiyi əzadarlıq mərasimlərində iştirak etməyi sünni qardaşlarımız da özlərinə borc bilirlər. Məsələn, Hindistan, Banqladeş və Pakistanda bu ölkələrin digər məzhəblərindən olan müsəlmanlar ehtiram əlaməti olaraq, Məhərrəmlik mərasimlərində iştirak edirlər.

Çünki, Quranda bu barədə belə qeyd olunub: "Ey Peyğəmbər de ki: Mən sizdən öz yaxınlarıma qarşı məhəbbətdən başqa bir şey istəmirəm". Bu ayəyə əsasən onlar bunu özlərinə borc bilib, Əhli-beytə məhəbbət, hörmət izhar edirlər. Hətta İslam şəriətinə etiqadı olmayan bəzi bütpərəstlər belə, İmam Hüseynin xatirinə təşkil edilən əzadarlıq mərasimlərindən gördükləri xeyir-bərəkət səbəbindən, bu cür mərasimlər keçirir, nəzir, ehsan paylayırlar. Qeyd etdiyim bu məsələlərin hamısı bütün dünyada müşahidə edilir və kafirlər də bu işdən xəbərdardırlar.

Heç kim dünyada buna oxşar bir hadisəni göstərə bilməz ki, bu qədər geniş miqyasda keçirilsin və müxtəlif millətlərə bu qədər təsir göstərmiş olsun. Təsirinin davamlılığı baxımından, on üç əsrdən artıqdır ki, bu hadisə öz təravətini, təzəliyini qoruyub saxlamış, sanki dünən baş vermişdir. Elə bil, göz yaşı töküb sinə vuran xalq da bu hadisələri dünən yaşamışdır. Bəlkə də elə bir əzadarlıq mərasimləri, faciələri vardır ki, tarixi baxımdan kökləri daha qədim zamanlara gedib çıxır. Buna misal olaraq, həzrət İsanın dara çəkilmə günü münasibəti ilə xristianların keçirdikləri xatirə mərasimlərini göstərmək olar. Həzrət İsanın (ə) çarmıxa çəkilmə gününün ildönümü bahar fəslindədir. Əlbəttə, bizim etiqadımıza görə belə bir hadisə olmamışdır. Quranda buyurulur: “Onu öldürmədilər və dara da çəkmədilər, əksinə onlar anlaşılmazlığa düçar oldular.” Amma onların əqidəsinə görə, həzrət İsanı (ə) dara çəkib, sonra dəfn etmişdilər. Üç gündən sonra isə dirilərək, qeybə çəkilmişdir. Buna görə də bu günün ildönümü münasibəti ilə mərasim təşkil edirlər. Mənim (red- müəllifin) Vatikana olan səfərim, təsadüfən həzrət İsanın əzadarlıq mərasimi günləri ilə üst-üstə düşmüşdü. Bu mərasim Rumun ən böyük kilsəsi Sen Piterdə, şəxsən Papanın öz iştirakı ilə keçirilirdi. Biz də bu mərasimdə iştirak etməli olduq. Aydındır ki, bu məclis, dünyanın müxtəlif yerlərindən toplaşmış şəxslərin izdihamı və ən böyük kilsədə keçirilən belə bir mərasimə görə həddən artıq təntənəli olmalı idi. Bu mərasimdə qara paltar geyinib şam yandırır və həzin səslə, bizim növhələrə oxşar mahnılar oxuyurlar. Lakin bu mərasimin adi alimlərdən birinin matəm məclisi üçün tutduğumuz əzadarlıq qədər həyəcan və coşqunluğu yox idi.

Həzrət İsanın doğumundan 2 min il keçməsinə əsasən, deyə bilərik ki, belə mərasimlərin keçirilmə tarixi 2000 ilə çatır. Bu mərasim hər il keçirilir və ehtiramla yad edilir. Amma olduqca adi və süst keçirilir. Siz əgər bu mərasimi müsəlman dünyasında keçirilən hər hansı əzadarlıq mərasimi ilə müqayisə etsəniz, onda görərsiniz ki, müsəlmanların tutduqları mərasimlərlə onların keçirdikləri mərasim arasında çox fərq var. Şiələrin bu yoldakı fədakarlıqları belə mərasimlərin keçirilməsinə və şəhidlər sərvərinin ziyarətinin daim maraq dairəsində olmasına şərait yaratmışdır. Belə mərasimlərin keçirilməsi və o həzrətin ziyarətinə getmək heç də həmişə asan olmamışdır. Əlbəttə, indi də o qədər rahat deyil. Amma bir zamanlar İmam Hüseynin qəbrini ziyarət etmək istəyənlər, ölümlərini gözlərinin qabağına gətirməli idilər. Abbasi dövlətinin məmurları, xüsusilə də Mütəvəkkilin zamanında elə ciddi tədbirlər görülürdü ki, bir nəfər belə cürət edib, İmamın hərəminə yaxınlaşa bilmirdi. Sonda bu ziyarətgahlardan əsər-əlamət qalmasın deyə, İmam Hüseynin qəbrini uçurtmuş, daha sonra həmin əraziyə su buraxıb yerini şumlamışdılar. Lakin şiələr canları və qanları ilə, min cür əziyyətlər bahasına da olsa, o həzrəti yaxından ziyarət etmək üçün bu yoldan dönmürdülər. Belə bir şey harada görünüb? Ayrı cəhətlərində digər hadisələrlə oxşarlığı olsa belə, bu cəhətindən heç bir hadisəyə bənzəmir. Əlbəttə, bu xüsusiyyətlər təsadüfü işlər deyildir. Düzdür ki, bütün mö᾿minlərin qəlbində İmam Hüseyn (ə) eşqi, məhəbbəti vardır və bu işdə qeybi səbəblər də mövcuddur. Amma Allahın da işləri zahiri şəraitlər olmadan baş vermir. Bəzən zahiri səbəblər olmadan baş verən işlər isə istisna xarakteri daşıyır. Şiələrin bu qətiyyət, iradə və əzmi təsadüfi olmamışdır. Bu işdən hətta digər məzhəblər də təsirlənmişlər. Ən əsası isə, Peyğəmbər və İmamlar tərəfindən xatirə və əzadarlıq mərasimlərinin keçirilməsi, o həzrətin qəbrinin ziyarəti barəsində tə᾿kid və vəsiyyətləridir. İmam Hüseyn əleyhissəlama göndərilən bir salamın savabının, həcc və ümrəyə getmək qədər olduğunu bildirmişlər. Səmimi qəlbdən və sidqi ürəkdən verilən hər bir salamın müstəhəbinin həcc qədər savabı vardır. İmam Hüseyn əleyhissəlamın ziyarətinin savabı olduqca çoxdur. Bu ziyarətnamələri oxuyanlara tarix boyu ehtiram göstərilmişdir.

Mizbah Yəzdi