21 Noyabr 2024 - 21
Kərbəla və Aşura məsələsi çox mürəkkəb məsələdir. Həzm etməyi çətindir. Görürsən insanları Kərbəla mövzusunda bir dəqiqənin içərisində şübhəyə salırlar. Mümkündür bəziləri deyə bilər ki, bu nədir belə, siz bunu niyə bu boyda göstərirsiniz? Əslində bu belə deyil. Niyə bir dəqiqəyə inanca şübhə qatmaq olur? Bu necə məktəbdir ki, bir dəqiqəyə mən bunun şagirdini və hətta müəllimini yoldan çıxarıram. Bu eynilə 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərinə bənzəyir. Bəzi ziyalılar var idi ki, əslində dinsiz idilər amma zahirdə Müaviyə kimi müsəlmançılıqdan danışırdılar. Onlar namazdan, ibadətdən, itaətdən, Allahdan və hər şeydən normal danışırdılar.
Sonra bu tərəfdən bir kəlmə deyirdilər ki, siz deyirsiniz namaz meracdır, Allah ilə görüşdür amma xırda bir hadisə ilə batil olur. Məsələn dəstəmazın batil olmağı ilə, ya namaz üstündə mürgüləməklə. Gözünə yuxu getməklə dəstəmaz batil olur, namaz batil olur, Allah ilə rabitən qırılır. Bu nə məntiqdir? Görürsünüzmü bir xırda şübhə toxumu ilə namaz qılan da deyir, "hə".
Eynilə indi də onun kimi bir sözlə Aşuraya iradlar tutur və çaşdırırlar. Deyirlər bir məktəb ki, bir kəlmə sözlə sual altına düşür, şübhəyə düşür və silkələnir siz onun böyüklüyünü nədə görürsünüz? Amma əslində buna başqa tərəfdən baxmaq lazımdır. Yəni bu məktəb o qədər dərin bir məktəbdir, hətta yüzillərlə onun tələbəsi onu tam şəkildə dərk edə bilməyib. Ona görə bir kəlmə sözlə onda şühbə yarana bilir.
Əhliman Rüstəmov