21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Stiqmaya məruz qaldığımız üçün ciddi sınaq qarşısındayıq
08.02.2019

Kanadalı bir sosioloq deyir ki, müasir dünyamızın ən böyük və aktual poblemi stiqmadır. Stiqma sözü Azərbaycan dilində ləkə, damğa deməkdir. O deyir ki, bu gün modernizasiya prosesində dünyadakı insanlar iki yerə bölünür: Stiqmaya məruz qalmayanlar (o biz deyilik) və stiqmaya məruz qalanlar (yəni bizlər). Xüsusi ilə də hansı qrup insanlar daha çox stiqmaya məruz qalırsa daha çox ideoloji və dini müstəvidə olur. Bu gün dünya səviyyəsində İslama qarşı, Aşura və məhərrəmliyə qarşı güclü qarayaxma kampaniyaları gedir. Yəni damğa və ləkə vurma kampaniyaları gedir ki, bu gün biz İslam deyəndə dünya mediasında belə sözlərə yer verildiyini müşahidə edirik.

Fundamentalisti, ekstremisti, strimisti, terroristi və s. Bütün bunlar nəticə etibarı ilə İslamofobiyanın yaranmasına gətirib çıxarır. İslamafobiya bu gün Azərbaycanda da mövcuddur. Və bir az daha irəli gedərək, Aşurada baş verən hadisələri araşdırsaq görərik ki, dünya səviyyəsində artıq Aşurafobiyanı formalaşdırırlar. Bu qara ləkələr, damğalar müəyyən mərkəzlər, informasiya kanalları tərəfindən idarə olunur. Və insanları inandırırlar.

Baxın belə bir məsələ var ki, bu gün dünyamızda minlərlə informasiya var amma onların çox azı mənalıdır. Yəni dünya bu gün informasiya dünyasıdır. Azərbaycan insanı da bu diktənin içərisindədir. Nəinki Azərbaycan, bütün dünya informasiyanın diktəsindədir.

Sadə bir misal deyim, "google"da ingilis dilində Aşura yazanda ortaya gələn şəkillər ancaq neqativ, qan, baş yarmaq, qan çıxarmaqdır. Yəni dünya Aşuraya qarşı neqativ informasiyanın təsirindədir. Azərbaycan insanı da daxil olmaqla dünya insanı belə bir informasiya müharibəsinin diktəsi altındadır. Biz diktə olunan tərəfik, hökm edən tərəf deyilik. Əgər bu gün "google" axtarış sistemində Aşura yazarkən bəlkə də 0,5 faiz hardasa kimsə İslam adına, Aşura adına yalnışlıq edibsə onu gətirib ortalığa çıxarırsa deməli biz ciddi sınaq qarşısındayıq.

Cavid İmamoğlu