21 Noyabr 2024 - 21
Həzrət Hüseyn (ə) şiə və aşiqlərinin hər birinin qəlbini ağrıdan əza məclislərində xurafatın və Kərbəla hadisəsi haqqında çoxlu sayda təhriflərin əmələ gəlməsi, insanı incidən, təəssüf doğuran məsələlərdəndir. İş o yerə çatıb ki, böyük alimlər deyiblər: «... Yeri var ki, Aşuranın özü üçün bir aşura tutulsun.»
Xoşbəxtlikdən İslam aləminin ürəkyanan, uzaqgörən böyük alim və mütəfəkkirləri bu rəva olmayan məsələlərə qarşı sakit davranmamış, müxtəlif yollarla onunla mübarizə aparmışlar. O cümlədən Əllamə Mirzə Hüseyn Nuri Aşura hadisəsi barəsində xəbərsizcə danışanların dilindən deyilmiş yalanlarla mübarizə mövzusunda «Lölö və mərcan» kitabını yazmışdır.
Böyük islamşünas ustad şəhid Mütəhhəri «Həmase-ye Hüseyni» kitabının «aşura təhrifləri» bölməsində ən yaxşı açıqlama və dəlillərlə bu əyri səmtə yönəlmələrlə mübarizə etmişdir. İnsafla desək, onun bu işi öz üslubunda az tapılan, yaxud da misilsiz nümunələrdəndir.
Seyid Möhsin Əmininin aşura təhrifləri ilə mübarizəsi
Böyük islahatçı alim Əllamə Seyid Möhsün Əmin Amili (r) bu mübarizə meydanının fəryada səsləyənlərindəndir. Əzadarlıq məclislərində çoxəhatəli hərakata başlamışdı:
Deməli, təhrif, yalan və əsassız dastanlar ilə tanış olmaq üçün bu kitablara müraciət edərək onları tanıyıb çəkinmək lazımdır.
Bu nöqtəni də qeyd etmək lazımdır ki, aşura vaqiəsilə bağlı bu təhrif və əsassız rəvayətlərin yayılmasının məsuliyyəti birinci növbədə alimlərin, rövzəxan, mərsiyyəxan, məddah şair və Kərbəla tarixçilərinin öhdəsinə düşür. İkinci dərəcəli isə məsuliyyəti, bu yalanların, təhriflərin əksinə heç bir münasibət bildirməyən, öz sükutu ilə bu təhriflərin yayılmasına səbəb olan dinləyicilər daşıyır. Halbuki, həqiqi müsəlman əql, məntiq, fərasət gücü və özünün düşüncəsi ilə təhrifləri tanıyıb bacardığı qədər onların qarşısında dayanmalıdır. Buna əlavə olaraq, təkcə məclislərə yüksək səsli deyil, hadisələri düzgün faktlar və sənədlər əsasında danışan məddahlar dəvət olunmalıdır. Əhli-beytin (ə) simasını (Allah eləməsin) həqir, zəlil və ya o böyüklərin şənindən uzaq olan yersiz təriflərlə canlandıranların, o Şəxsiyyətlərin (ə) müqəddəsliyindən özlərinin maddi bazalarını böyütmək üçün bazar açanların yanında deyil, əksinə, Onları düzgün tanıdanların, izzət və əzəmətini xatırladanların yanında oturmalıdırlar.
Seyid İsmayıl Şakir Ərdəkani
zehra-yolu.com