21 Noyabr 2024 - 21
Qədim zamanlarda camaat ev, mağaza və hamamlarının qarşısına at nalı asırdı və onun tarixi haqqında səhv məlumat üzündən at nalının uğur gətirəcəyinə inanırdılar.
Onun nəhs tarixi belədir ki, İmam Hüseyn (ə) şəhid olduqdan sonra Ömər ibn Sədin əmri ilə atlarının ayaqlarını təzə nallamış bir dəstə atlı iftixar qazanmaq üçün şəhidlərin pak bədənləri üzərində at çapdılar. Beləliklə, şəhidlərin sinə və kürək sümükləri atların ayaqları altında əzildi.
Bu qrup Kufəyə qayıtdıqdan sonra bəziləri onların atlarının nallarından öpüb, gözlərinin üstünə qoydu və təbərrük məqsədilə evlərinin üstündən asdılar (və beləliklə bu məsələ camaat arasında yayıldı və onun tarixini bilməyən insanlar da uğur əlaməti kimi onu evlərinin qarşısından asmağa başladı).
Sonralar Əbu Reyhan Biruni kimi böyük şəxsiyyətlər bu ağılsız hərəkətin tarixini açıqladı və camaatı məlumatlandırdı. Təəssüflər olsun ki, əlli il bundan öncəyə qədər bu iş camaat arasında yayılmışdı. Halbuki, camaatın uğur və təbərrük əlaməti saydığı bu hərəkət, məhz nəhs və çirkin bir əməl idi. Məscidlərin, hüseyniyyələrin rövnəqlənməsi və alimlərin təlaşları nəticəsində bu xürafat aradan qalxdı.
Peyğəmbər (s) buyurub: “İslam ümməti arasında bidətlər yayıldıqda alimlər elm silahından istifadə etməklə onunla (bidətlərlə) mübarizəyə qalxsın. Belə etməsə, Allah, mələklər və bütün insanlar onu lənətləyər”. (“Biharul-ənvar”, c. 54, səh. 234)
“Hədik” aşı yaxud “Aşura” yeməyi və gözə sürmə çəkmək.
Bir sıra ölkələrdə Aşura günü bəzi əməllər həyata keçirilir. Biz onlardan bəzilərinə nəzər salacağıq.
Əhli sünnə alimləri öz əsərlərində yeddi dənli bitkidən hazırlanan “Aşura” yeməyinin Allah düşmənlərinin hazırladığı yemək olduğunu qeyd etmişlər.
Əhli sünnənin qədim fiqh kitabı “İanətut-Talib”də sünni alimi Osman ibnMuhəmməd Əd-Dimyati yazır: “Şeyx Ədəvi “Aşura günün fəzilətləri və Allah Rəsulunun sözləri” əsərində deyir: “Aşura günü gözə sürmə çəkmək barədə olan hədis munkər (inkar edilən) hədisdir.”
İbn Həcər deyir: “Aşura günü gözə sürmə çəkmək barədə olan hədis uydurmadır.”
Hənəfi alimlərinin bəziləri buyurub: “Aşura günü gözə sürmə çəkmək əhli-beytin nifrət şüarına çevrildiyindən onun tərki vacibdir.”
Əhli sünnə alimi sözünə davam edərək yazır: “Cəmut-TəaliqəsərindəHənəfi məzhəbinə mənsub bəzi alimlər deyir: “Aşura günü gözə sürmə çəkmək bəyənilmir. Çünki həmin gün Yezid və ibn Ziyad Həzərəti Hüseynin (ə) qanı ilə gözlərinə sürmə çəkiblər.”
İmam Dimyati yenə yazır: “Əhli sünnə alimi Acuri yazır: Fiqh və hədis imamlarındanAşura günü dənli bitkilərdən yemək bişirmək, gözə sürmə çəkmək, təzə paltar geymək və sevinmək barədə soruşduqda dedilər: “Bu barədə peyğəmbərdən (s) səhih hədis yoxdur.” (Əd-Dimyati, “İanətut-Talib c. 2, səh. 266)
Maliki məzhəbli alim Əbdər Maliki “Əl-Mədxəl” əsərində öz zamanında bu kimi işlərin olmasını qeyd etdikdən sonra bu cür işləri inkar edir və bunlarla bağlı heç bir hədisin olmadığını qeyd edir.
Maraqlıdır ki, sələfi alimi İbn Teymiyyə də sözügedən mövzunu inkar edir. İbn Teymiyyə ona bu mövzuda verilən suala belə cavab verib
Sual: Aşura günü bəziləri qüsl alır, gözə sürmə çəkir, xına yaxırlar, sevinirlər və dənli bitkilərdən yemək hazırlayırlar. Bu işlərin hökmü nədir?
Cavab: Bu qeyd olunan məsələlər barədə, peyğəmbərdən (s), onun əshabından, səhih hədis yoxdur. Müsəlman alimlərindən də heç kim, ələlxüsus dörd məzhəb imamı bu işi müstəhəbb hesab etmir əksinə bu bidətdir.” (İbn Teymiyyə “Məcməu-fətəva” c. 25, səh.299)
Biz müsəlmanlar Allah düşmənlərinin etdiklərini etməməliyik. Bu mənanı ehtiva edən bir hədisə nəzər salaq:
لَا تَلْبَسُوا لِبَاسَ أَعْدَائِی وَ لَا تَطْعَمُوا مَطَاعِمَ أَعْدَائِی وَ لَا تَسْلُکُوا مَسَالِکَ أَعْدَائِی فَتَکُونُوا أَعْدَائِی کَمَا هُمْ أَعْدَائِی
“Mənim düşmənlərimin libasını geyinməyin çünki bu halda mənim düşmənlərimdən hesab olunursuz. Bu ibarətdə olan qadağan (لاتسلکوا مسالک اعدائی ) onların adət ənənəsinə şamil olur və bu da kafirlərin nişanə və şüarlarındandır; bir halda ki, insan özünü o qədər onlara oxşada ki, cəmiyyətdə kafirlərin oxşarı kimi görünə, bu zaman haram sayılır.
Digər hədisdə buyrulur: “Allah Təala peyğəmbərlərindən birinə vəhy etdi, möminlərə de mənim düşmənlərimin geyimini geyməsinlər və yedikləri yeməyi yeməsinlər, onların yolunu getməsinlər əks halda mənim düşmənlərimdən hesab olacaqlar.”
Mahir Şəkərov